Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Dünya sen ne qeder amansız ve vicdansızsan…” -Aybeniz Haşımova

02 Ağustos 2016

7:56 am


02/08/2016 [11:55]: xeber –
“Dünya sən nə qədər amansız və vicdansızsan…42 yaşında da  insan dünyadan gedər?.. Yəni, bu qədərmi çətindir belə insanları dünyanda saxlamaq… Ya, onların yoxluğu ilə sınayırsan bizi, ya da…Çox üzüldüm…Çoooox”.sayt-ın məlumatına görə, bunu tanınmış ifaçı, Əməkdar artist  Aybəniz Haşımova “Space”-nin keçmiş əməkdaşı, rejissor Könül Nəzərlinin  vaxtsız və faciəli şəkildə dünyasını dəyişməsilə bağlı “Facebook” səhifəsində paylaşdığı statusunda yazıb.“Dünyalar qədər xətrini sevdiyim, əziz bacim, dostum, “Space”-nin rejissoru Könül xanim Nəzərli… 42 yaşında əbədi gözlərini yumdu…Bu xəbəri bir az olar eşitdim…Dünya onsuz da gözümdən düşmüşdü… Daha betər nifrət etdim dünyaya…Dünya, mən səndən hec vaxt qorxmamışdım…Bu gün amma sənin əslində bir canavar olduğunu anladım… Harda yaxşılar var Onu udursan…Deyəsən, sən də ağzının dadını yaxsşı bilirsən…Nə istədin axı sən Könüldən dünya?.. Heç olmasa, balasının toyunu görəydi…Hərdən zəng vurardı mənə… Baci, “Space”də  filankəs var, onun toyunda gəlib bir- iki mahnı oxuyarsan?..Başüstə, gələcəm can, deyirdim…Indi sənin balanın toyuna məni görəsən, kim çağıracaq dostum??? Niyə belə oldu Könül xanım???Axı, sən belə getməli deyildin…Bilmirəm nə yazim ki, Allahın yazdığından daha həlim olsun…”-deyə, o, daha sonra yazıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler