Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dünya rekordçusu: “Sevincimden ağlamağa başladım”

14 Ağustos 2016

7:16 pm


14/08/2016 [23:13]: xeber –
Braziliyanın Rio de Janeyro şəhərində keçirilən Olimpiya Oyunlarında 5 qızıl və 1 gümüş medal qazanan amerikalı üzgüçü Maykl Felps son çıxışından əvvəl açıqlama verib.  Felps jurnalistlərə karyerasını bitirməklə bağlı danışıb: “Bu axşam avtobusdan enəndə hovuza doğru gedərkən sevincimdən ağlamağa başladım. Son dəfə forma geyinir və ölkəmi təmsil edərək minlərlə insanın qarşısına çıxıram”.  Qeyd edək ki, bu gün ABŞ yığması ilə 4×100 metrə qarışıq növdə qızıl medal qazanan 31 yaşlı üzgüçü bu olimpiadada 6-cı medalını qazanıb. Felps ümumilikdə son 5 olimpiadada 23 qızıl, 3 gümüş və 2 bürünc medal qazanmaqla dünya rekorduna imza atıb. (axar.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler