Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dünya heyret içinde  – 1.5 milyard kub metr helium qazı tapıldı

29 Haziran 2016

1:08 pm


29/06/2016 [17:07]: xeber –

Oksford və
Durham universitetlərinin geoloqları yeni bir üsuldan istifadə edərək Afrikanın
Böyük Rift dərəsində helium qazı olan böyük ərazi aşkar ediblər. Afrikanın şərqində
yerləşən Tanzaniyada tapılan ərazidə heliumun miqdarı 1.5 milyard kubmetrdən
çoxdur.

sayt  BBC-yə istinadən xəbər verir ki, dünyada
helium ehtiyatlarının tükənməyə başladığı bir dövrdə bu ərazinin tapılması
böyük hadisə kimi qiymətləndirilib. Ərazinin yalnız bir hissəsindəki helium
qazı bir milyondan artıq MR cihazını doldurmağa bəs edəcək. MR cihazları ilə
yanaşı mikroskoplar, kosmik cihazlar, teleskoplar və radiasiya cihazlarında
istifadə edilən helium indiyə qədər neft və qaz çıxarma zamanı çox az miqdarda əldə
edilib.

Tədqiqatçılar
müəyyən ediblər ki, keçmişdə həmin ərazidə vulkan baş verib və vulkan helium
qazını yaxınlıqdakı qayanın içinə doldurub. Zaman keçdikcə də helium ətrafdakı əraziyə
yayılıb.  Rumiyyə 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler