Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dünya güclerinden nüve sınağına sert reaksiya – “Ciddi addımlar atılacaq”

09 Eylül 2016

8:04 am


09/09/2016 [12:02]: xeber –
Şimali Koreyanın 5 bal gücündə zəlzələyə yol açan nüvə sınağına dünya ölkələri sərt reaksiya verib.sayt xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreya lideri Pak Kın Xe Pxenyanın nüvə sınağı keçirməsini qınayıb. Prezidentin sözlərinə görə, Şimali Koreyanın bu addımı ardınca beynəlxalq sanksiyalara yol açacaq.Koreya liderinin bu məsələni Amerikalı həmkarı ilə müzakirə etdiyi bildirilir. ABŞ prezidenti Barak Obama isə Pxenyanın bu addımının qarşılıqsız qalmayacağını vurğulayıb.Ağ Evin yazılı açıqlamasında qeyd edilir ki, Obama Şimali Koreyanın nüvə sınağı keçirməsindən sonra Cənubi Koreya lideri və Yaponiya baş naziri ilə ayrılıqda telefon əlaqəsi saxlayıb.Obama, həmçinin Koreyanın təxribatçı hərəkətinə qarşı ABŞ-ın müttəfiqləri ilə birgə ciddi addımlar atacağını bildirib.Fransa dövlət başçısı Fransua Olland da Şimali Koreyanın bu hərəkətini qınayıb və beynəlxalq ictimaiyyəti reaksiya verməyə səsləyib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler