Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dünya futbolçuları haqqında İLGİNC melumatlar

18 Eylül 2016

9:48 am


18/09/2016 [13:46]: xeber –
sayt xarici mediaya istinadən futbol həvəskarları üçün dünya futbolu və futbolçuları ilə bağlı maraqlı məlumatları təqdim edir. İngiltərədə bir zaman qapıçılıq edən Willie Hanry Foulke düz 141 kilo olub.Almaniya II Liqasında Bochumu hazırlaşdıran Funkel professional boksçu olub.Atatürk Olimpiada stadionu ilk açıldığı mövsümdə Gənclərbirliyi matçında ən az tamaşaçıyla oynayan beşinci nəhəng stadion olub. Belə ki, 81 min tutumlu stadionda oynanan matçı yalnız 50 adam izləyib.2001-ci ildə Sidneydə de oynanılan matçda Avstraliya Samoanı 31-0 məğlub edərkən, Archie Thompson 11 qolla çətin bir rekordun sahibi olub.Atletico Madridin əfsanə qapıçılarından Abel Resino düz 1275 dəqiqə qol buraxmayıb.Fənərbaxça və Qalatasarayın keçmiş oyunçularından Haim Revivo İsraildə təşkil edilən rəqs yarışmasında ikinci olub.Ən çox tamaşaçının izlədiyi dünya kuboku matçı 1950-ci ildə Dünya Kubokunun finalı olub. Braziliyanın Maracana stadionunda Braziliya ilə Uruqvay arasında oynanan final matçını 199 min 854 adam izləyib.Finlandiyanın unudulmaz oyunçularından Pentti 1986-cı ildə öz qapısına 5 qol vurdu. Matçdan sonra komanda yoldaşları Penttini “kompas” adlandırıb. 1998-ci ildə ikinci liqa komandası Jiul Petrosanidə forma geyən Rum yarım müdafiəçi Ion Radu Valcea komandasına 500 kilo ət qarşılığında satılıb.Bir futbol topunun matçın 3 dəqiqəlik müddətində aldığı zərbələri yetkin bir insan alsa, bədəni şikəst qala bilər.Mascherano Argentina A milli komandasının formasını ilk dəfə geyindiyi 16 iyul 2003-cü il tarixində hələ professional səviyyədə heç bir klubda forma giyməmişdi. Bournemouth- Wrexham matçında mübarizəyə 84-cü dəqiqədə girən və 140 saniyədə 3 qol vuran Ceyms Hayter İngiltərə Futbol Liqasının ən sürətli oyunçu adını qazanıb. Premyer Liqada isə bu rekord Robbie Fowlera aiddir. Məşhur İngilis ulduz 1994-cü ildə oynanılan matçda 4 dəqiqə 33 saniyədə 3 qol vurub.2004-ci ildə yaşıl sahələrə vida edən Arsenalın əfsanəvi qapıçısı Seaman evində tv izləyərkən televizorun pultu ilə ayağını qırıb.  Sheffield Wednesdayin zərbəçisi Chris Bunt enerjisini qorumaq üçün fasilə zamanı jelibon ayıcıklardan yeyirmiş. İspan mətbuatı keçən il Barcelonanın süper ulduzu Lionel Messinin də matçdan sonra jelibon yediyini yazmışdı. Argentinalı ulduz da bir reportajında jelibona olan sevgisindən bəhs edib.Avropada Hampden parkında 1937-ci ildə Şotlandiya Kuboku finalında oynanılan Celtic-Aberdeen matçını izləmək üçün 146 min 433 tamaşaçı bilet alıb. Fernando Redondo zədə aldığına görə ən uzun müddət oynamayan ən bahalı futbolçu kimi tanınıb. Belə ki,  Real Madriddən Milana 11 milyon pounda gələn futbolçu ilk matçının 3-cü dəqiqəsində zədələnir və təxminən iki il yarım sahələrdən uzaq qalır. Redondo 2.74 milyon poundu, evi və avtomobili Milana geri vermək istəyib, ancaq klub bu təklifi qəbul etməyib.Alessandro Nesta saatlarla playstation oynadığı üçün sol əlinin baş barmağını zədələyib. Nesta buna görə əməliyyat olub və dörd həftə sahələrdən uzaq qalıb.Hər futbolçunun infarkt keçirmə riski matçın 60-cı dəqiqəsində yüzdə 44 dəfə artır. Efsanəvi ingilis futbolçusu Gary Lineker 20 illik karierində heç vaxt sarı kart almayıb.1986-cı və 1990-cı il Dünya Kubokunda  Argentina Milli Komandası futbolçularının toyuq yeməsi qadağan edilib. Səbəb olaraq toyuq ətinin uğursuzluq gətirməsi göstərilib. Matça idrarını tutaraq çıxan bir futbolçu yüzdə 21 daha az yorulurmuş.Kolumbiya matçında qazanılan 3 penaltidən da faydalana bilməyən argentinalı Martin Palermo beynəlxalq matçda ən çox penalti qaçıran futbolçu olub.Qocaman ingilis futbolçusu Gary Linekerin Wembleydə iki hat-triki olub, ikisi də Türkiyəyə qarşı.Səudiyyə Ərəbistanında 7 və daha çox qol yeyən komandalara 1992-ci ildə falaqqa cəzası tətbiq olunurdu.Yubiley matçında öz qapısına qol vuran tək futbolçu Franz Beckenbauer  olub.1993-cü ildə Paraqvayda Sportivo Ameliano ilə General Caballero komandaları arasında oynanan matçda 20 qırmızı kart göstərilib.Hindistan 1950-ci ildə Dünya Kubokundan çəkilib, çünki FIFA hindistanlı futbolçuların ayaqyalın oyuna çıxmasına icazə verməyib.Real Madridin klub telefon nömrəsi İspaniya La Liga çempionluğu və Çempionlar Liqası Şampiyonluğuna görə dəyişik göstərilir. Realın klub nömrəsi İspaniya kodu ilə başlayır, ardından La Liga çempionluğu və Çempionlar Liqası çempionluqlarının sayına görə təyin olunur.Willenhall Town və Ladies-Burton Brewers matçı Guinnessin rekordlar kitabına düşüb. Orta hesabla hər 1,5 dəqiqədə 1 qol vuran Willenhall Town matçı 57-0 qazanıb.4 dəfə dünya kuboku oyununa qatılan ABŞ-lı qapıçı Kasey Keller avtomobilindən golf çubuğunu çıxardığı əsnada çubuqları dişinə vurub və ön dişlərindən bir neçəsini qırıb.Futbolçu Gilberto Silva əslində bir dekorçudur. Trabzonspor komandası 1979-80-ci il mövsümündə 30 matçda yediyi 25 qolla (0.833 qol ortalaması) “Dünyanın ən mənfi çempionu” adını qazanıb. Üç penaltidən 16-nı qola çevirə bilməyən Gerd Müller dünyanın ən çox penalti qaçıran futbolçusu olub.Mark Van Bommel Hollandiya Milli Komandasının keçmiş məşqçisi Martin van Marwijk’in kürəkənidir.Bu mövsüm UEFA Avropa liqasını qazanaraq zirvəyə çıxan İspan Sevilla komandasının kolumbiyalı zərbəçisi Carlos Bacca 21 yaşına qədər ölkəsində bir kənd avtobusunda konduktorluq edib.Michael Laudrup həm Real Madrid formasıyla Barcelonaya qarşı, həm də Barcelona komandasında Real Madridə qarşı 5-0-lıq qalibiyyətlər yaşayıb. Paris Saint Germainin keçmiş məşqçisi Guy Lacombe məğlubiyyətdəki günahın ondan görülməməsi üçün prezidentə hakim səhvlərindən ibarət DVD hazırlayıb.Valencianın baş məşqçisi Quique Sanchez Flores məşhur flamenko ifaçısı Lla Floresin qardaşı oğlu.Zimbabvedə ordu komandası olan Cone Textilesin zərbəçi futbolçusu Elisha Banda başqa bir komandaya transfer olduqdan sonra köhnə komanda yoldaşları tərəfindən qaçırılıb.1970-ci ildə dünya kubokunda braziliyalı Jairzinho və 1950-ci ildə urugvaylı Ghiggia turnir boyunca oynadıqları hər matçda qol vurmağı bacarıb.Final oyununa qatılan ən yaşlı oyunçu kamerunlu Roger Milla olub. Təcrübəli ulduz 1994-cü il finallarında sahəyə çıxdığında 43 yaşının tamam olmağına 39 gün qalmışdı. Roger Milla finallarda qol vuran ən yaşlı futbolçu adını qazanıb.1957-ci ildə Charlton 75-ci dəqiqədə 10 adamın oynadığı və son yarım saatına 5-1 məğlub girdiyi Huddersfield matçını 7- 6 qazanıb.UEFA çempionunda Sevilla oyunçuları yerli pivə fabriki sayəsində ağırlıqları qədər pivə qazanıblar. 85 kiloluq Palop 225 şüşə pivənin sahibi olub.Futbolçu Qrafit 20 yaşına qədər ölkəsi Braziliyada Sao Paolodan zibil yığıb.Hazırladı: Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler