Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dünya çempionumuz sudo federasiyasının vitse-prezidenti seçildi

15 Eylül 2016

6:40 pm


15/09/2016 [22:38]: xeber –
Bu gün dünya çempionu, gənc və peşəkar idmançı Vüsal Abdullazadə rəsmi şəkildə Azərbaycan Sudo Federasiyasının vitse-prezidenti seçilib. İndiyə kimi bir çox nailiyyətlərə imza atan idmançımızın bu posta təyin olunması heç də təsadüfi deyil. Çünki Vüsal Abdullazadə karyerası ərzində Avropa çempionatının gümüş mükafatçısı, yeddi dəfə Respublika çempionu olub, eyni zamanda 2-ci Dan Beynəlxalq dərəcəli qara kəmər ustası və beynəlxalq dərəcəli idman ustası titullarına layiq görülüb. Əlbəttə, bu da Vüsalın idmana olan sevgisindən və ustalığından xəbər verir. Onu da deyək ki, yenicə hərbi xidməti başa vuran, bir neçə gün əvvəl ad gününü – 24 yaşını qeyd edən idmançımıza bu təyinat ən böyük hədiyyə oldu. Onu bu münasibətlə təbrik edir, yeni vəzifəsində uğurlar arzulayırıq


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler