Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dünya Azerbaycanlıları Assambleyasında yeni teyinat ve nümayendelikleri

31 Ekim 2016

10:44 am


31/10/2016 [14:42]: xeber –
DAA Prezidenti Rəşad Quliyevin sərəncamı ilə Dünya Azərbaycanlıları Assambleyası Gənclər Təşkilatı yaradılmışdır. Bu təşkilata Danimarakada yaşayan Nigar Mobarəki təyin olunmuşdur.Nigar Mobaraki kimdir ?O, 16.12.1992-ci ildə Danimarkanın Kopenhagen şəhərində ziyalı ailəsinda dünyaya gəlmişdir. Kopenhagendə Sankt Annæ özəl orta məktəbini bitirmiş, iqtisadiyyat təmayüllü “Niels Brock Copenhagen Business College”də biznesin idarə olunması ixtisasını bitirmiş, hal hazirda Syddansk Univertitetinde “MSc in Business Economics and Auditing” magistratura üzərində təhsilini davam etdirir. Azerbaycan, danimarka, ingilis, turk, alman dillerini bilirem.Digər sərəncam ilə DAA- nın Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov DAA-nın Şərqı və Orta Asiya üzrə Vite – prezident təyin olunmuşdur.Bugün Yaponiyada nümayəndəmiz təyin olduğunu diqqətinizə çatdırmaq istərdik.Əlibəy Məmmədov kimdir?O , 30.10.1984 –cü ildə Bakıda dünyaya gəlib, O hazırda Tokioda yaşamaqla yanaşı, Hazırda Hokkaido Universitetinin doktorantura təhsili alır.O , bugünə qədər Hokkaido Universitetinin əsasını həmin universitetin xarici tələbələrinin təşkil etdiyi Xarici Tələbələr Assosasiyasının rəhbəri seçilib, hazırda həmin təşkilatın fəxri prezidentidir. Bugünə qədər Yaponiyada uğurlu diaspora fəaliyyətləri ilə tanınan cənab Əlibəy Məmmədov yaponlara Azərbaycan dərsi verir. Bu dərslə yaponlar Azərbaycan haqqında məlumat alırlar. Macarıstanda yaşayan və orada doktorluq dissertasiyası müdafiə edən Raqif Hüseynov Macarıstan nümayəndəliyinin rəhbər seçilmişdir. Digər bir qərarla O, DAA prezidentinin Şərqi və Orta Asiya ölkələri üzrə müavini təyin olunmuşdur. Artıq bir neçə aydır ki, Əlibəy Məmmədov DAA Yaponiya təmsilçisi olaraq bir sıra ciddi lahiyələrin, addımların müəllifi, Yaponiyada Azərbaycanın tanıdılması istiqamətində təşkil olunan tədbirlərin təşkilatçısıdır.Raqif Hüseynov kimdir ?Hüseynov Raqif Tofiq oğlu 1 sentyabr 1984-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqrar İqdisadiyyat fakültəsini bitirib. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2003-cü ilin dekabr ayının 25-də Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Yeni Azərbycan Partiyası Gənclər Birliyinin sədri seçilmiş və 2006-cı ilin iyul ayının 10-dək bu vəzifədə çalışmışdır. 2007-2008-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının nəzdində fəaliyyət göstərən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin təşkil etdiyi “Menecment” ixtisasartırma kursunda təhsil almışdır. Gəncə şəhər Statistika İdarəsində aparıcı-iqdisadçı vəzifəsində çalışmış, 2011-ci ildə Azərbaycan Dövlət Aqrar Univerisitetinin Aqrar İqtisadiyyat fakültəsinin “İnzibati idarəetmə və gömrük ekspertizası” ixtisası üzrə magistratura pilləsini bitirmişdir. 2010-2015-ci illər ərzində Gəncə şəhər Xəzər Təhsil Mərkəzində direktor vəzifəsində, 2014-2015-ci illər ərzindəAzərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar siyasət və dünya iqtisadiyyatı” kafedrasının müəllimi vəzifəsində çalışmış, 2014-cü ildən Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar siyasət və dünya iqtisadiyyatı” kafedrasının dissertantıdır. 2015-2016-cı illər ərzində Erasmus Mundus proqramı çərçivəsində Polşanın paytaxtı Varşava şəhərində fəaliyyət göstərən Varşava Təbiət Elmləri Universitetinin İqtisadiyyat fakültəsində dissertasiya müdfiə etmişdir. 25 elmi məqalənin və 1 dərslik kitabın müəllifiyəm. Eyni zamanda Polşanın paytaxtı Varşavada 17.12.2015-ci il tarixində Azərbaycan-Polşa Gənc Alimlərinin 1-ci Elmi Praktik Konfransını təşkil etmişdir. Hal-hazırda Macarıstan Respublikasının Sent İstvan Univeristetinin doktorantıdır.Eyni zamanda yeni qərarla İsveçdə yaşayan və doktorluq dissertasiyası müdafiə edən Aqil Vəliyev DAA İsveç nümayəndəliyi rəhbəri təyin olunmuşdur.Aqil Vəliyev kimdir?20 aprel 1984-cü ildə Bakı şəhərində doğulmuşdur. 2005-ci ildə Azərbaycan Dillər Universitetini Beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr və magistratura pillələrini fərqlənmə diplomu ilə bitirmişdir. Eyni zamanda o, Azərbaycan Dövlət İqtisad Universitetinin MBA proqramında təhsil almışdır. Azərbaycan Respublikası Mədəniyyət-Turizm Nazirliyi və Təhsil Nazirliyində Beynəlxalq əlaqələr üzrə baş məsləhətçi, Azərbaycan Milli Elmlər Akademiyasında və Odlar Yurdu Universitetində Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifələrində çalışmışdır. O, həmçinin Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində beynəlxalq münasibətlər və mba proqramları üzrə müəllim kimi çalışmışdır. Hazırda Avropa İttifaqının təqaüd proqramı çərçivəsində İsveçin Malmo Universitetində doktorantura pilləsində təhsilini uğurla davam etdirir.2014-cü ilin aprel ayından etibarən AMEA-nın Beynəlxalq əlaqələr idarəsində Avropa İttifaqının Horizon 2020 proqramı üzrə Milli əlaqələndirici şəxs (NCP) seçilmiş və BMT-nin Elm və Texnologiyanın İnkişafı üzrə Komissiyasında elm və təhsil məsələləri üzrə expert kimi fəaliyyətinin davam etdirməkdədir.Bu günədək Azərbaycan Respublikasına elm və təhsil istiqamətləri üzrə 50-dən artıq müxtəlif beynəlxalq layihələrin gətirilməsində əvəzsiz xidmətləri olmuşdur. Buraya Avropa İttifaqının Tempus, Erasmus KA1, KA2, TAİEX, Twinning, Horizon 2020, UNESCO, KOICA və s. müxtəlif beynəlxalq proqram və layihələr daxildir. Azərbaycan, rus, ingilis, alman və isveç dillərini bilir.Bu sərəncamlarla yanaşı daha bir sərəncamla Adilə Yusif DAA Malta nümayəndəliyi rəhbəri təyin olunmuşdur.Adilə Yusif kimdir?26.08.1956 – cı il tarixində Ağdam şəhərində dünyaya gəlmişdir. 20 ilə yaxın bir zamandır ki, Maltada yaşayır. İxtisasca müəllimədir.Hörmətlə,DAA Mətbuat Xidməti


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler