Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Dünya 2025-ci ilde facielerden tamamile xilas olacaq” – Nostradamus…

06 Ekim 2016

9:04 am


06/10/2016 [13:03]: xeber –
1503-cü ildə Fransanın
kiçik bir vilayətində dünyaya gələn Mişel Nostradamus  arvadı 
və övladının qəfil ölümündən sonra böyük sarsıntı keçirir. Bundan sonra
hamıdan uzaqlaşaraq Belçikada bir monastra sığınır və dünyanın gələcək taleyi
haqqında proqnozlar yazır. 

sayt təqdim edəcəyi yazıda XVI
əsr kahinin XX və XXI əsrin siyasi olayları və bu olayların önündə gedən şəxslər
barəsindəki bəzi proqnozlarını təqdim edir:

 Hitler haqqında dediklərini
heyrətlə qarşılamamaq mümkün deyil:

 

“Nariki adalarından başlayan Reyn çayının sahilində
böyük bir şəxsiyyət doğulacaq! O, çox gec gəlsə də, Polşa və Macarıstanı
qoruyacaq. Onun başına nə gəldiyini heç vaxt bilməyəcəklər. Lideri dəmir qəfəsə
salacaqlar, alman oğlu heç bir qaydalara tabe olmayacaq”.

“Sehirli keşiş”in tədqiqatçıları uzun müzakirədən
sonra bu sözlərin məhz dünya tarixini dəyişməyə cəhd edən Nasist Partiyasının
lideri Adölf Hitlerə aid olduğunu qeyd edirdilər. Hitlerin ölümü bu gün də müəmma
olaraq xatırlanır. Onun gizləndiyi bunkerdən çıxıb çıxmaması, cəsədlərin onun və
qadınına aid olub olmaması hələ də sual altındadır.

Dünyanın müharibədən
silası haqqında isə bunları proqnozlaşdırıb:

“Antixrist üçlüyə heç nə verilməyəcək. Müharibə 27
il çəkəcək. Hər yan qandır, cəsədlər torpağı murdarlayır. Dünya müqəssirləri əzizləyir,
mütəfəkkir isə məhv olub gedir”.

Tədqiqatçılar nədənsə onun bu qeydlərini III Dünya
Müharibəsinə işarə edirlər. Onların yazdıqlarına görə, bu qeydlərə əsasən guya
III Dünya Müharibəsi artıq başlayıb və 2025-ci ildə sona çatacaq”.  

 

Dünyanın iki böyük gücü
haqqında da ehtimallar irəli sürən Nostradamus Amerika və Rusiya davasında
birincilərin qələbəsinə inanıb:

“Hakimiyyət yalnız ikinizə qalacaq! Lakin onların
arasında həmrəylik uzun sürməyəcək. Üç il yeddi aydan sonra onlar müharibəyə
qoşulacaqlar. Və qələbəni hökmən Amerikada doğulan adam qazanacaq”.

 

Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler