Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dünen qurulan körpünü gece sel apardı…

05 Temmuz 2016

10:04 am


05/07/2016 [14:01]: xeber –
Kiş çayı üzərindəki körpünün uçmasından sonra ötən gün ərazidə alternativ yolun çəkilməsi haqqında məlumat vermişdik.sayt  Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, ancaq Kiş çayı gecə saatlarında alternativ yolu da yuyub aparıb. Hansı ki, Azəryol ASC-nin texnikaları və işçi qüvvəsi ötən gündən ərazidə bərpa işlərinə başlamışdı və 4 ədəd 1500 diametrlik borular quraşdırılaraq, üzərində müvəqqəti işləm üçün yol salınmışdı.Gecə saatlarına çay suyunun öz məcrasından çıxması nəticəsində bərpa olunmuş yol tamamilə dağılıb. Hazırda alternativ yolun yenidən bərpası istiqamətində iş aparılır. Bununla yanaşı, Kiş çayı üzərində yerləşən və sel suları nəticəsində dağılmış körpünün bərpa edilməsi istiqamətində də hazırlıq işləri görülür.Bunun üçün hazırda sözügedən əraziyə xüsusi texnika gətirilir və lazımi tikinti materialı toplanır.Xatırladaq ki, iyul ayının 3-ü gecə saatlarında Şəki rayonu ərazisində yerləşən yerli əhəmiyyətli Şəki-Kiş avtomobil yolunun 1-ci kilometrliyində, Kiş çayı üzərində yerləşən iki aşırımlı avtomobil körpüsünün orta dayağını dağlardan gələn lil-sel kütləsi yuyub aparmış, nəticədə körpünün hər iki aşırımı uçduğundan Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi tamamilə kəsilmişdi.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler