Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dubayda pul qabını bilmeden yere salsanız, ne baş verer? – VİDEO

12 Kasım 2016

5:08 am


12/11/2016 [09:04]: xeber –
Qərb medialarından birinin əməkdaşları  məşhur müsəlman şəhəri hesab edilən Dubayda maraqlı bir eksperiment keçiriblər. sayt-ın təqdim etdiyi video-görüntüdən eksperimentin nəticələri bəlli olur. Cavan oğlan  küçədə gedir və  təsadüfən cibindən pul qabı düşür. Şəhərin müxtəlif yerlərində dəfələrlə təkrar edilən situasiyaların hamısında yerə düşən pul qabını görənlər dərhal onun sahibini səsləyir. Çoxları özləri əyilib əşyanı yerdən götürərək oğlana çatdırır. Özü də müxtəlif görkəmli: varlı-kasıb,  yaşlı-cavan, qadın, kişi – hər kəs itirilmiş  qiymətli əşyaya eyni cür yanaşır. Yəni başqasının malına göz dikmir.  Eksperimentin video-görüntüsünə yazılımış onlarla şərhdə  tamaşaçılar bu nümunəvi davranışları alqışlayır və Dubayda gerçəkdən özlərinin başına gəlmiş oxşar vəziyyətlərdə itirdikləri əşyaların tanımadıqları insanlar tərəfindən onlara necə qaytarıldığını təsvir edirlər. Çoxları bu davranışların düzgün İslam tərbiyəsindən irəli gəldiyini qeyd edirlər.Maraqlıdır, görəsən, Azərbaycanda belə bir eksperiment keçirilsə, hansı nəticəni verər?Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler