Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Duanı Kvant fizikası ile ne birleşdirir – Kainatın sirri

05 Eylül 2016

9:00 pm


06/09/2016 [00:57]: xeber –
Martin Qardneri bütün dünyada tanıyırlar. O, intellektual oyunların yaradıcısı, çətin riyazi, elmi, məntiqi tapmacaların müəllifi kimi elmi informatika texnologiyaları ilə birləşdirən şəxs kimi tanınır. Həmçinin Nisbilik nəzəriyyəsi və Kvant fizikası kimi çətin elmi məsələləri oynaq, asan dillə kütləyə çatdırıb. Bu istiqamətdə yazdığı çoxsaylı elmi-kütləvi əsərlərin müəllifidir. Bu əsərlərdə o, həyat həqiqətlərini dəqiq və texniki elmlərlə, əsasən də riyaziyyat və fizika ilə uyğunlaşdırır.sayt saytının da təqdim edəcəyi yazıda o məsələlərdən yalnız birindən- duanın fizika ilə əlaqəsindən və bütün kainatı necə əhatə etməsindən bəhs edilir:Qardner bir gün öz –özünə nə üçün həmişə dua etməliyik sualını verir. Sonra isə Kvant fizikasında olan qeyri-müəyyənlik prinsipi haqqında düşünür. O, səbəblərin heç bir nəticəyə təsir etmədiyini, hər bir nəticənin tam bir qeyri-müəyyənlik içində hərəkət edən foton və elektron kimi hissəciklərinin hərəkətinə bağlı olduğunu nəzərə alaraq yazır:“Bəlkə də Allahın duamızı qəbul etməsi özünü Kvant sistemlərindəki qeyri-müəyyən hərəkət ehtimallarını bizim leyhimizə qətiləşdirməsi kimi biruzə verir. Heç nə səbəblərə bağlı olmayıb da, hər şey və hər an Allahın iradəsi və hikməti ilə baş verir. Belə olan halda hər an dua etməliyik”.Qeyd edək ki, dövrün böyük intellektlərindən sayılan Qardner bu barədə özünün avtobioqrafik kitabında yazıb. Kitabda həmçinin bu cümlələr də yer alıb:“Nəhəng kainatı idarə edən qüvvə kiçik məxluqatı başqalarının idarəçiliyinə verməz. Deməli, istər-istəməz Allah deyəcəksiniz”.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler