Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

DTX Gence şöbesinin reisi – Yeni komandada köhne kadr…

02 Temmuz 2016

9:00 am


02/07/2016 [12:58]: xeber –
Dövlətin etimadından sui-istifadə edərək, Milli Təhlükəsizlik Nazirliyini cinayətkar yuvasına çevirən Eldar Mahmudov və onun dəstəsi xalqın bu qurumu olan inamını tam itirdi. Məhz bu səbəbdən də ölkə başçısı İlham Əliyev məcburiyyət qarşısında qalaraq dövlətin təhlükəsizliyinə cavabdeh olan bu sistemin nüfuzunu qorumaq üçün “MTN” adlı qurumu yerli-dibli ləğv etdi. Düzdür, Mədət Quliyevin rəhbərliyi ilə MTN-nin bazasında yenidən formalaşdırılan Dövlət Təhlükəsizlik Xidmətində Eldar Mahudova və onun dəstəsinə bağlı olanlar işdən kənarlaşdırılıb, xeyli saflaşdırma aparılıb, hətta bir neçə köhnə peşəkar kadr da işə qaytarılıb. Ancaq Eldar Mahmudovun idarəçiliyi dönəmində mənfi reputasiya qazanmış MTN-şiklərin sayı o qədər çoxdur ki, bəzən onlar bu çoxluğun içərisində xatırlanmır və hələ vəzifələrində də qalıb. sayt-ı məlumatlandıran mənbənin sözlərinə görə, Eldar Mahmudovun sevimli kadrlarından biri də DTX-nin Gəncə şöbəsinin rəisi Əli Əliyevdir:”Eldar Mahmudovun etibar etdiyi kadrlarından biri olan Əli Əliyev Gəncəyə Masallıdan gətirilib. Hələ bir neçə il əvvəl Masallı rayonundan olan millət vəkili Əhəd Abıyev Əli Əliyevi sərt ifadələrlə ittiham edərək, onun rayonda cinayətkar qruplara dəstəyindən danışırdı. Əli Əliyevin Gəncədəki fəaliyyəti də deyəsən, Masallıdan fərqlənməyib. Gəncədə rəis olduğu son illər ərzində xeyli əmlaka sahib olub. Onun Gəncənin an bahalı yerlərindən biri sayılan Gəncə çayının ətrafında böyük torpaq sahəsinə (İmperial şadlıq sarayının yanı), mağazalara, mənzillərə sahib olub”.Onunla bağlı məlumatlarda həmçinin bildirilir ki, Əli Əliyev Eldar Mahmudov nazir olduğu dönəmdə Gəncədəki təhsil ocaqlarının rəhbərliyindən, Gəncə Telefon Qovşağının rəisindən də “xidmət haqqı” alırmış. sayt yaxın zamanlarda bəzi dəqiqləşdirmələrdən sonra  Əli Əliyev haqqında daha ilginc məlumatları oxucuların diqqətinə çatdıracaq. Bizi izləyin.Eyni zamanda Əli Əliyev barəsindəki iddialara münasibət bildirmək istəsə ona da cavab haqqı tanıdığımızı bildiririk.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler