Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

DTX Akademiyasında mezun günü keçirildi

09 Temmuz 2016

1:24 pm


09/07/2016 [17:22]: xeber –
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında məzun buraxılışı ilə əlaqədar təntənəli mərasim keçirilib.Dövlət Xidmətinin İctimai əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, rəhbər işçilərin, təhlükəsizlik orqanlarının veteranlarının, məzunların valideynlərinin iştirak etdikləri tədbirdə şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə DTX-nin rəisi general-leytenant Mədət Quliyevə raport verilib.Görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsi ehtiramla anılıb, abidəsinin önünə gül dəstəsi qoyulub. Sonra Akademiyanın Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib.Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət himni səsləndirilib.Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant M.Quliyev təntənəli mərasimdə çıxış edərək, buraxılış münasibətilə məzunları, onların valideynlərini, akademiyanın professor-müəllim heyətini təbrik edib, gənc zabitlərə tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb.Bildirib ki, müstəqilliyi, dövlətçiliyi qorumaq və təhlükəsizliyi etibarlı təmin etmək ən ümdə vəzifələrdir. Qeyd edəb ki, 1998-ci il dekabrın 1-də imzalanan tarixi sərəncamla ölkəmizin xüsusi xidmət orqanları üçün peşəkar zabit kadrlarının yetişdirilməsi məqsədi ilə bu təhsil müəssisəsi yaradılıb.Akademiyada gələcək əməkdaşların spesifik ali təhsilin incəliklərini mənimsəmələri, zəruri vərdişlərə və mənəvi keyfiyyətlərə yiyələnmələri üçün hər cür şərait yaradılıb.M.Quliyev deyib ki, təhlükəsizliyə cavabdeh orqanların əməkdaşlarından daha yüksək peşəkarlıq, bilik səviyyəsi, əməliyyat-döyüş hazırlığı, tapşırıqların icrasında çeviklik və səriştə tələb olunur:”Ümid edirəm ki, ulu öndərin adını daşıyan Akademiyanı uğurla bitirən gənc zabitlərimiz bu müqəddəs ocaqda təhsil aldıqlarına görə həmişə fəxr edəcək və burada qazanılan mükəmməl bilik sayəsində Dövlət Təhlükəsizliyi Xidmətinin müxtəlif struktur bölmələrində, ərazi orqanlarında vəzifə borclarını sədaqət və əzmlə davam etdirəcəklər”.DTX-nin rəisi Mədət Quliyev təntənəli mərasim iştirakçıları adından Azərbaycan Prezidenti, İlham Əliyevi əmin edib ki, bu gün sıralarımıza qoşulan gənc zabitlər də bütün şəxsi heyət kimi xalqa ləyaqətlə xidmət edəcək, Silahlı Qüvvələrin Ali Baş Komandanının bütün əmr və göstərişlərini bundan sonra da dərhal və vicdanla yerinə yetirəcək.General-leytenant Mədət Quliyev xatirələrində əbədi qalacaq bu gün münasibətilə gənc zabitləri bir daha təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və Akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim edib.Digər məzunlara da diplomlar təqdim olunduqdan sonra Akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçiblər. Sonra Ulu Öndərin abidəsi önündə xatirə şəkli çəkilib.Təntənəli mərasimin sonunda general-leytenant M.Quliyev məzunların valideynləri ilə görüşüb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler