Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“DQR”-in xüsusi hesabına 10 mln. dollar keçirildi

13 Temmuz 2016

7:56 am


13/07/2016 [11:53]: xeber –
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “baş naziri”nin “müavini” Artur Agambekyan rejimin xüsusi hesabına 10 mln. dollaradək vəsait toplandığını  bildirib.  sayt bu haqda erməni KİV-ə istinadla xəbr yayıb. Söhbət Azərbaycan ordusunun üstünlüyü ilə keçmiş 4 günlük aprel döyüşləri zamanı “DQR” ordusuna yardım məqsədilə yaradılmış fonddan gedir. Fonda  Qarabağda və xaricdə yaşayan ermənilər  pul keçiriblər. İyulun 1-dək xüsusi hesaba 10 mln. dollara yaxın pul toplanıb. A.Agambekyanın sözlərinə görə, həmin vəsait Qarabağ ordusunun problemlərini həll etməyə kifayət etmir. Bu puldan 1,5 mln. dollar yeni silahlar və ləvazimatlar alınmasına xərclənib. Buna rəğmən “baş nazir müavini”  cəbhədəki ön xətt mühəndis istehkamları baxımından demək olar ki, tam təchiz olunub. Bununla belə, ordunun tam əsaslı şəkildə yenidən qurulması üçün böyük vəsait tələb olunur. Qeyd edək ki,  A.Ağambekyan bu sözləri separatçı  rejim “parlamenti”nin aprel döyüşlərindən bəri  toplanmış vəsaitlərin xərclənməsi barədə hesabatla bağlı qapalı yığıncağında səsləndirib.  Tədbirdə çıxış edən “deputat” A.Xanumyan da aprel savaşının erməni ordusunun Azərbaycan ordusundan daha çox texnoloji cəhətdən geri qalmasını üzə çıxartdığını etiraf edib. ”Bu döyüşlər Qarabağ ordusunda texnoloji tənəzzülü üzə çıxardı, Azərbaycan ordusunun texnoloji üstünlüyünü nümayiş etdirdi…” –deyə erməni “deputat” söyləyib.Sultan Laçın




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler