Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Dözümlü olmaqdan başqa çarem yoxdur…”

05 Kasım 2016

10:48 am


05/11/2016 [14:44]: xeber –
Xəbər verdiyimiz kimi, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi, həbsdə olan  Rüfət Səfərovun şikayəti üzrə Şirvan Apellyasiya Məhkəməsində təyin edilmiş iclas noyabrın 17-nə keçirildi. Buna  səbəb isə Kürdəxanı təcridxanasında saxlanılan R.Səfərovun məhkəməyə gətirilməməsinə görə müdafiə tərəfinin müttəhimin iştirakı olmadan işə baxılmasının əleyhinə çıxması oldu.  sayt sabiq müstəntiqin atası, Müdafiə Nazirliyinin Mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğluna hazırkı vəziyyətlə bağlı bir neçə sual ünvanlayıb: – Eldar müəllim, Rüfətin işiylə bağlı nə kimi yeniliklər var? – Bir yenilik yoxdur. Noyabrın 17-də Şirvan Apelyasiya Məhkəməsinin olacağını gözləyirik. Görək orada nə baş verir. Rüfət ilkin hazırlıq məhkəməsinə gətirilmədi. Halbuki vaxt bir neçə gün əvvəl elan edilmiş, hakimin kimliyi barədə də məlumat verilmişdi. Ancaq proses baş tutmadı. Rüfətin nə üçün məhkəməyə gətirilməməsi barədə əsaslı bir izah da verilmədi. Beş dəqiqəlik məhkəmə iclasından sonra geri qayıtmalı olduq. – Apelyasiya Məhkəməsindən bir güzəşt gözləyirsinizmi?- Bu haqda konkret fikir söyləmək mənim üçün çox çətindir. Əslinə qalsa o qədər də ümidli deyiləm. Bəlkə də səhv edirəm, amma indi nəsə deyə bilmərəm, hər şeyi proses göstərəcəkdir. – Eldar müəllim, adətən belə ağır durumda olan adamlardan dostlar, yaxın ətraf qaçır. Belə münasibətlə siz də üzləşdinizmi?- Olan işdir, istəməzdim ki, kimsə mənə göə əziyyət çəksin. Heç kimdən də incimirəm, həyat belədir, mühitimiz bu cürdür. Dözümlü olmaqdan başqa çarəm yoxdur…Xatırladaq ki, keçmiş müstəntiq Rüfət Səfərov 2016-c ilin sentyabr ayında rüşvət almaqda ittiham edilərək 9 il azadlıqdan məhrum edilib.Rumiyyə 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler