Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Döyülen, inek qarşılığında satılan qadınlar yığışıb kend saldılar  – FOTOLAR

31 Ekim 2016

4:28 pm


31/10/2016 [20:27]: xeber –
sayt dünyada yaşayan qeyri-adi, qəribə tayfalar, həmçinin onların qəribə yaşayış tərzi, adət-ənənələri haqqında silsilə yazıları davam etdirir.Budəfəki yazımızda Keniyanın şimalında yerləşən ancaq qadınların yaşadığı bir kənd haqqında məlumat verməyə çalışacağıq.  Keniyanın şimalında, Samburuda yerləşən Umoja adlı kəndin sakinləri ancaq qadınlardan ibarətdir. Cinsi təcüvüzə məruz qalmış qadınların məskunlaşdığı bu kənddə kişilərin yaşamasına icazə verilmir. Qeyri-adi görünən bu kişisiz kənd 1990-cı ildə ingilis əsgərlərinin təcavüzünə uğramış 15 qadın tərəfindən salınıb. 25 il ərzində az yaşda məcburən ərə verilən, hüquqları tapdanan, ailə daxilində şiddətdən və zorakılıqdan qaçan qadınlar gəlməsi ilə kəndin əhalisinin sayı artıb. Yalnız qadınlardan ibarət bir kəndin yaradılması ideyası isə ilk dəfə Rebecca Lolosoli adlı bir xanımdan gəlib. Rebecca qadın hüquqlarının pozulmasından danışmağa cəsarət etdiyi üçün bir qurup kişi tərəfindən amansızcasına döyülərək xəstəxanalıq edilib. Və bundan sonra Rebecca bu kəndi yaratmaq qərarına gəlib. Samburudakı kəndlərin demək olar ki, hər birində qadınlar şiddət və zorakılığa məruz qalırlar. 5-10 ailədən ibarət olan kəndlərdə yalnız kişilər kəndin mühüm problemlərini müzakirə edirlər, qadınlara hər hansı bir məsələdə fikir bildirmək hüququ verilmir. Umojanın ilk sakinləri də məhz Samburudakı kəndlərdən Umojaya gəliblər. Gəldikləri vaxt ilk olaraq qadınlar kənddə kişi zorakılığı və qorxusu olmadan necə ticarət quracaqlarını, uşaq böyüdəcəklərini öyrənirlər. Hazırda Umojanın əhalisi 47 qadın və 200 uşaqdan ibarətdir. Kənd çox kasıb olsa da qadınlar və qızlar ərzaq, geyim və digər xərclərini qarşılaya biləcəkləri qədər gəlir qazanırlar. Gəlirlərini əsasən bölgəyə gələn turistlərin hesabına qarşılayırlar. Kəndlərini ziyarətə gələn turistlərdən həm kəndə girmələri üçün müəyyən məbləğdə giriş haqqı alırlar, həm də öz əlləriylə hazırladıqları sırqaları satırlar. Kəndin qurucusu Rebecca yerli kişilər tərəfindən bir çox təhdid alsa da, təcavüzə məruz qalsa da kəndi qoruyub saxlamaqda qərarlıdır. “Guardian” qəzetinə açıqlama verən Rebecca kəndin yaranmasından ötən 25 il ərzində apardıqları mücadilədən, gördükləri işlərdən qürur duyduğunu söyləyib. Umojadakı qadınlar Samburudakı digər kəndlərin qadınlarını da erkən evlilik və qadınların sünnət oluması məsələlərində maarifləndirirlər. Kəndə gələn qonaqları qarşılayan Memusi qəzetə açıqlamasında bu kəndə 1998-ci ildə ərə veriləndən bir gün sonra qaçıb gəldiyini deyib: “Atam məni 11 yaşım olanda inək qarşılığında ərə verdi, ərim 57 yaşında idi”. 6 il əvvəl evdən satılmamaq üçün  qaçan 19 yaşlı Judia isə bunlaı deyib: “Hər gün ayılıram və öz özümə gülürəm, sevinirəm, çünki ətrafım yardım və dəstəklə əhatə olunub”. Umojaya sığınan qadınlardan bir olan 38 yaşlı Ceyn 3 kişinin təcavüzünə məruz qaldığını bildirib: “Çox utandım və heç kəsə bunu demədim. Ərimin anasına dedim, bunu bilən ərim məni dəyənəklə döydü. Mən də qaçıb buraya gəldim”. Yenidən ailə qurmaq kimi bir planı olmayan Ceyn “Mən uşaqlarımın azad olmasını və istədikləri şəxslə evlənməsini istəyirəm” deyə əlavə edib. Ceyn dəstək görmək və uşaqlarını oxutmaq üçün bu kənddə qalmağı düşünür. Umojadaki bir çox qadın artıq kişiylə yaşamağı xəyal belə etmədiklərini deyiblər. 80 inək qarşılığında satılan 16 yaşlı Mari axşam yeməyi üçün hazırlayacağı bir ovuc quru lobya göstərərək bunları deyib: “Bu kəndi əsla tərk etmək istəmirəm. Düzdür, artıq heç nyimiz yoxdur, ancaq ehtiyacımız olan hər şey Umojada var”.Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler