Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dövletimizi qorumaq Allah qarşısında en müqeddes borcumuzdur

25 Ekim 2016
ekindex
1:24 pm


25/10/2016 [17:22]: xeber –
Çoxdandır narahatlıq
yaradan və ictimai mahiyyət kəsb edən bir mövzuya toxunmaq istəyirəm. Maraqlıdır ki, bu mövzu barədə istinad üçün bir
material tapa bilmədim. Siyasətlə peşəkar şəkildə məşğul olan şəxs olaraq,
mövzuya aydınlıq gətirilməsinə dərin zərurət varlığını duyuram. Ola bilər
ictimai dəstək uğrunda mübarizə aparan birisi kimi, bəlkə də digərləri ilə birgə
susmağa üstünlük verməliydim. Lakin digər tərəfdən cəmiyyəti maarifləndirmək və
siyasi paradiqmaları vurğulamaq nöqteyi-nəzərindən bu bizim vəzifəmiz
sayılmalıdır.

Azərbaycan vətəndaşı İsrailə
və yəhudilərə necə münasibət bəsləməlidr? Davranışında dövlətin, yoxsa kənardan
diqtə edilən siyasi postulatların müdafiəçisi olmalıdr? Azərbaycan vətəndaşı
simpatiyasını müəyyənləşdirən zamanı sırf milli maraqlar mövqeyindən, yoxsa təriqətçilik
çıxarlarından çıxış etməlidir? Mövzunun həssaslıq dərəcəsini nəzərə alaraq,
baxışlarımı bölüşmək niyyətindəyəm. Oxucudan həcmə görə üzr istəyərək, fikrimcə,
vətəndaşımız və dövlətçiliyimiz üçün fundamental mahiyyətli mövzuya sırf
subyektiv, öz müşahidə və siyasi yanaşmama söykənərək yazıram. Əvvəldən də
bilirəm ki, yazı diametral yanaşmalara səbəb olacaq. Mübahisənin də açılması həqiqətin
ortaya çıxarılma arzusudur. Mövzuya müraciətimin səbəbi İsrailin keçmiş
prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar baş sağlığımı İsrail səfirliyində
ifadə etməyim olub. Ziyarətə, gözləmədiyim halda qeyri-adekvat saydığım münasibət
göstərildi. Az saylı da olsalar, etirazçılar Fələstin Azadlıq Təşkilatının
simvolu Yasir Ərafatla eyni vaxtda Nobel mükafatı almış Peresin, müsəlman
qatili olduğunu deyirdilər. Lakin tarixi kadrlarda dəfələrlə Ərafatın prezident
Pereslə də, o vaxtkı baş nazir İshaq Rabinlə də qol-boyun görüntülərinə şahid
olmuşam. Bu dəfə də FAT rəhbəri Mahmud Abbasın Peres ailəsinə səmimi şəkildə
başsağlığı verdiyinin şahidi oldum. Beynəlxalq diplomatik münasibətlərdə bu tərz
nəzakət etiketi sayılır və insanlıq baxımından müsbət qiymətləndirilir.

Peresin hakimiyyəti dövründə
İsrail-Fələstin münasibətləri sülhə ən yaxın məsafədə olub. Peresin “İki
millət, iki dövlət” formulu yaxın Şərqin bu günə qədər sızlayan yarasına məlhəm
ola bilərdi. Lakin dünya gücləri Ərəb və İsrail xalqlarının normal birgə
yaşayışına yol vermədilər. Bu gün isə Fələstin problemi həlli perspektivsiz görünən
bir dünya düyünüdür. Bu yerdə, “Azərbaycanlılar Fələstin probleminə görə
İsrailə mənfi, düşmən münasibətində olmalıdırlarmı?” aktual sualı ortaya
çıxır. Bir sıra din xadimlərimiz, onların da arxasınca davamçıları bu suala
müsbət cavab verir və hamını da bu mövqedə olmağa çağırırlar. Təbii ki, suala
cavab belə bəsit şəkildə verilmir, Quran müddəaları ilə arqumentləşdirilməsinə
cəhd edilir. Əlbəttə ki, cavab verilən zaman məsələnin bu günkü siyasi kökləri
barədə susulur, hansı dövlətin mövqeyinin ifadə olunması gizlədilir. Cavab müəlliflərində
işim yoxdur. İnsanlarımız fikirlərində sərbəstdirlər. Onları qınamaqdan da
xeyli məsafəliyəm. Bir halda ki, hamı passionar dini elektoratı öz siyasi
iddialarında alət etmək məqsədilə susur, müxtəlif məscid camaatı və ya
icmaların sıravi nümayəndələrinə irad bildirmək səhvdir. Bildiyim qədər müqəddəs
Kitabımız insanlara nifrəti aşılamır. İsrail övladlarını da 2 qrupa-sapmışlara
və Kitab əhlinə bölür. Uca Yaradan bəşəriyyətə müraciətlərində sapmış və peyğəmbərlərə,
Allah yoluna asilik edənləri lənətləyir. Mən belə bilirəm. Ola da bilər
yanlışım var, istisna etmirəm. Məsələnin ilahi tərəfi ruhanilərin araşdırma sahəsidir.
Bir də, düzünü Allah bilir. Problemin siyasi və milli aspektləri mənim üçün
daha maraqlıdır. Əvvəldə onu deyim ki, bizim torpaq işğalımıza münasibətdə hər
2 FAT rəhbəri- Ərafat və Abbas erməniləri müdafiə edib, işğalçının haqlı
olduğunu rəsmi şəkildə bəyan ediblər. Hər 2 Fələstin lideri daim İsrail rəhbərliyi
ilə rəsmi və şəxsi təmaslarda olublar. Belə olduğu təqdirdə, Fələstinə görə Azərbaycan
vətəndaşları İsrailə mənfi münasibət bəsləməlidirlərmi? Düşünürəm ki, yox. Ən
yaxın müttəfiqimiz olan Türkiyə İsraillə münasibətlərin gərginləşdirilməsinin
yanlış olduğunu anladıqdan sonra, rəsmi səviyyədə münasibətlər demək olar ki,
tam bərpa edilib. İsrail dövləti etdikləri yanlışlara görə üzr istəyib, bu
yolda boynuna düşəni etməklə məşğuldur. İndi konkret Azərbaycana gələk. Azərbaycanda
yaşayan etnik yəhudilər xalqımızın qədimdən bəri ayrılmaz tərkib hissəsidirlər.
Quba şəhərinin Qırmızı qəsəbəsi, eləcə də bütün Azərbaycan boyu səpələnmiş
bütün yəhudilər, dini gələnəklər istisna olunmaqla, bütün adət və qaydalarımızı
əxz etmişlər. Şəhidlər xiyabanında canını Qarabağ yolunda fəda etmiş
Araqunovumuz var. Moskvada biznesi olan milyarder Azərbaycan əsilli yəhudilər
işçiləri seçərkən birinci çevrələrini azərbaycanlılardan hörür, özünkülər qədər
bizimkilərə inanırlar. Nyu-Yorkda Brodvey toylarında Azərbaycan musiqisi ilə
toy edirlər. ABŞ-ı yada salmışkən, Qarabağ probleminə dair yəhudi diasporasının
gördüyü müsbət işləri kim bilmir ki? Qarabağ müharibəsi demiş, aprel döyüşlərində
düşmənin Əzrail mələyinə çevrilmiş pilotsuz təyyarələri bizə İsrail satmadımı?
Rusların erməniyə “İsgəndər” verib üstümüzə göndərdikdə, paytaxtımızı
təhdid etdikdə, bizi toxdadan İsrailin verdiyi müdafiə sistemi olmadımı? Azərbaycanın
ixracatda ən böyük və etibarlı partnyoru İsrail deyilmi? Bu sualları hədsizə qədər
uzada bilərəm. Mənə elə gəlir ki, kifayətdir. İsraillə ən gərgin münasibətlərə
malik dövlət dost və qardaş ölkə İrandır. Azərbaycanda sayca üstünlük təşkil edən
Cəfəri məzhəbli müsəlmanlar, həm də İranın əsas dini kəsimidirlər. Heç şübhəsiz
ki, Azərbaycan dindarları arasında İsrailə və Musəviliyə münasibət İrandan
qaynaqlanır. Lakin bu doqmatizm fanatik şəkildə təzahür etməməlidir. Cəfərilik
heç də irançılıq deyil və olmamalıdır. Hər dövlətin öz çıxarları vardır. İran
dövləti həmsərhəd olduğu yeganə xristian dövləti, işğalçı Ermənistanla xoş
münasibətlərdədir. Rusiya ilə müttəfiqlik edərək Suriyada, ABŞ-la isə eyni şərtlərlə
İraqda müharibə aparır. Məgər Qurani-Kərimdə başqa dinlərdən olanlarla dostluq
etməyin əmri verilməyibmi bütün müsəlmanlara? İrana olar, Azərbaycana yox?
İsrailə hər il, ayaqda qalması üçün, milyardlarla vəsait ayıran ABŞ-la müttəfiqlik
olar İrana, Azərbaycana İsraillə iş biriyi və xoş münasibətlər qadağandır?
İsrail generalları Azərbaycan dövlətini təhdid edərək, vaxtaşırı bizim
torpaqları öz ərazisi elan etmir. Millətimizin də Ana dilini qadağan edən yəhudilər
deyil. Mənə elə gəlir dəlillər kifayətdir. Sonda onu bildirmək istəyirəm ki, Azərbaycan
vətəndaşları üçün birinci dərəcəli məsələ milli çıxarlarımız olmalıdır. Biz
hamının maraqlarına sayğı ilə yanaşırıq. Bizim də maraqlarımızı hamı nəzərə
almalıdır. Azərbaycanlılar üçün isə bu vəzifədir. Dövlət və milli maraq çərçivəsini
hamı bilməli və hörmət nümayiş etdirməlidir. Dövlət bizim ictimai
sığınacağımızdır. O olmasa dünyaya səpələnərik. Onu qorumaq hamının həm Allah,
həm də Babalarımızın ruhu qarşısında ən müqəddəs borcudur. Ona görə mənim
Peresin anım mərasimimə qatılmağımda kriminal axtarmayın. Bu insani borc idi.
Başqa dövlətin maraqlarını Azərbaycan marağından üstün tutmaq isə, yumşaq desək,
səhvdir. Bu
səhv hansı qiyafədə olsa belə, səhvdir.

 

Əli Əliyev

VİP sədri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler