Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dövlete xeyanetde ittiham edilen ilahiyyatçı – Konkret faktlar gösterilse…

20 Temmuz 2016

4:56 am


20/07/2016 [08:54]: xeber –
İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, ilahiyyatçı Elşən Mustafaoğlunun məhkəmə prosesi davam etdirilib.Musavat.com-un əldə etdiyi məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib, təqsirləndirilən şəxsin vəkili vəsatətlər qaldırıb.Prosesdə ilahiyyatçının vəkili Əfqan Məmmədov müvəkkili barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, onun dəmir barmaqlıqlar arxasından çıxarılaraq müdafiəçisinin yanında əyləşdirilməsi ilə bağlı vəsatətlər qaldırıb. Lakin vəsatətlər təmin edilməyib.Prosesin davamında ittiham aktını elan edilib. Lakin ilahiyyatçı ona qarşı elan olunan ittiham aktı ilə razılaşmayıb.O, özünü təqsirli bilmədiyini, ittiham aktı onun günahkar olduğunu sübut edən heç bir konkret fakt olmadığını deyib. İlahiyyatçı günahkar olduğu sübut ediləcəyi və konkret faktlar göstəriləcəyi halda özünü təqsirli biləcəyini etiraf edəcəyini deyib.Qapalı keçirilən məhkəmə prosesi iyulun 26-da davam etdiriləcək.Məlumat üçün bildirək ki, E.Mustafaoğlu bundan əvvəlki məhkəmə prosesində ləğv edilmiş MTN-də ondan Allahşükür Paşazadə və Milli Qəhrəman Rövşən Əkbərovun əleyhinə ifadə almaq istədiklərini demişdi.  Xatırladaq ki, E.Mustafaoğlu 2014-cü ilin dekabr ayında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler