Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dövlete açıq sabotaj eden memur – Azer Süleymanov: “Baytarlıq bataqlığı”nda neler baş verir?

10 Kasım 2016
7:04 pm


10/11/2016 [23:00]: xeber –
Keçən günlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət
Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər İdris oğlu
Süleymanov barəsində bir neçə materiallar dərc etmişik. “Baytarlıq bataqlığında
Azər Süleymanov kabusu: qadını udub, naziri aldadan məmur”başlıqlı
son yazımızdakı faktlar da göstərir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin strukturuna daxil olan Dövlət Baytarlıq Nəzarəti Xidmətində
korrupsiya, tender maxinasiyaları adi hal almışdır. Bununla bağlı
cumhuriyyet.az-a daxil olan məlumatda göstərilir ki, 2015-ci ilin
sentyabr-oktyabr aylarında Dövlət Baytarlıq Nəzarəti Xidmətində keçirilən
tenderdə “MEQAVET” keçirilən pulun 33 faizinin onlara qaytarılması müqabilində
sövdələşməyə görə qalib oldu. Nəticədə isə bu “sövdələşmə” heyvan sahiblərinə
ciddi iqtisadi zərər vurdu.
Dövlət büdcəsi hesabına “MEQAVET”- dən 2,5 mln manata alınmış dabaq xəstəliyi əleyhinə
vaksin yerli baytarların məlumatına əsaslanaraq heyvanlara fevral ayında
vurulmuşdur. Təlimata görə bu vaksin heyvanları altı ay xəstəlikdən qorumalı
idi. Lakin Türkiyə və İranda dabaq xəstəliyinin qeydə alınmış yeni ştamm
serotipinin yayılması nəzərə alınmadığından və ucuz alınmış peyvənd vasitəsi
keyfiyyətsiz olduğu üçün heyvanlar arasında immunitet yaratmamış və nəticədə Azərbaycanda
may ayında heyvanlar dabaq xəstəliyinə yoluxmuşdur. Mənbənin cumhuriyyet.az-a
verdiyi məlumata əsasən hələ 2015-ci ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İran və Türkiyədə dabaq xəstəliyinin
yeni ştamm serotipinin yayıldığı barədə Zaqafqaziya ölkələrinə, o cümlədən Azərbaycana
qabaqcadan xəbərdarlıq məktubu göndərərək heyvanların planlı peyvəndləməsində
dabağın А / IRN / 2005, А / TUR / 2006, А / TUR / 2011, А / TUR / 2 014 ştammın
serotiplərindən imtina edərək, vaksinin (A / IRN / 12/2015, A / IRN / 8/2015) və
(A / Ван / TUR / 203/2015) ştamm serotiplərinin alınaraq heyvanlara vurulması tövsiyə
edilmişdir.
Lakin ölkəmizin xaricdən keçə biləcək heyvan xəstəliklərdən qorunmasına bir başa
məsul olan şəxslər FAO-nun 2015-ci ildə Azərbaycana etdiyi xəbərdarlığa məhəl
qoymamış, ölkəmizi bu xəstəlikdən qorumaq üçün qonşu ölkədə epizootiyaya səbəb
olmuş ştammdan olan peyvənd vasitəsi alınmamışdır. Əvəzində isə “MEQAVET”dən
daha ucuz, FAO–nun tövsiyəsində qeyd edilənlərin əksinə olan vaksin alınmışdır.
Bu da Respublikanın heyvandarlığını dabaq xəstəliyindən qorumamış və xəstəliyin
alovlanmasına, hətta Bərdədə, Qubada və respublikanın digər rayonlarında
heyvanların tələf olması ilə nəticələnmişdir. Azər Süleymanov xəstəliyi ört-basdır
etmək istəsə də Qubada 19 iyun ANS kanalında, Bərdədə 25 iyunda Lider TV-də, və
27 iyunda –də ATV-də və 01- 02 iyulda Qanunxeber.az-da dabaq xəsəliyinin kütləvi
hal alması barədə gedən sujetlərdə bu bir daha öz təsdiqini tapır. Sahibkarların
sujetlərdə ürəkağrısı ilə verdiyi məlumata görə onlara xəstəliklər nəticəsində
külli miqdar maddi zərər dəymişdir. Bu da “MEQAVET”dən ucuz alınmış vaksinin ölkəmiz
üçün yaramadığını göstərir.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi əvəzi Azər Süleymanov FAO kimi möhtəbər
təşkilatın xəbərdarlığına məhəl qoymadığından bu virus tipli yoluxucu xəstəliyin
ölkəmizdə yayılmasına şərait yarandığı və bununla ölkədə ərzaq təhlükəsizliyini,
heyvan mənşəli məhsulların beynəlxalq ticarətini və ölkə daxilində istehsalını
təhlükə altına qoyduğuna, habelə vətəndaşlara vurulan zərərə görə məsuliyyət daşıyır.
Lakin cənab Heydər Əsədovun şəxsi maraqları dövlətin maraqlarından üstün tutan,
nəticədə yoluxucu xəstəliklərin yayılmasına şərait, habelə bu istiqamətdə
iqtisadi və epidemioloji gərginlik yaradan A. Süleymanovun hələ də başının “sığallaması”
başadüşülən deyil.
Eyni zamanda, ölkəmizə yararlıq vaxtı keçməsinə az qalan dərman preparatları alınıb
gətirililməsi faktları da mövcuddur. Bununla bağlı cumhuriyyet.az olaraq əldə
etdiyimiz məlumatlara görə, Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bu ilin aprel
ayında bölgü əsasında baytarlıq idarələrinə paylanan АМОКСИЛАЙФ-LA preparatının
yararlq müddəti 2016-cı ilin iyun ayında bitmişdir. Odur ki, Azər Süleymanovdan
baytarlıq idarələrinə həmin preparatın təcili silinməsi üçün saxta sənəd tərtib
edilməsinə göstəriş verilib. Bundan başqa, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin
tabeliyində olan Respublika Baytarlıq Laboratoriyası Azərbaycan Hökuməti və ABŞ
Müdafiə Departamenti arasında bağlanmış Təhlükənin Azaldılması Proqramı (DETRA)
çərçivəsində Beynəlxalq Standartların 17025 Tələblərinə cavab verən, Bio Təhlükəsizlik
Səviyyəsi (BSL) 2 istiqamətində yenidənqurma işləri aparılaraq 2014-cü ildə Azərbaycan
tərəfinə təhvil verilmişdir. Ancaq bu sahədə düzgün olmayan siyasət nəticəsində
təhvil-təslimdən 2 ay sonra yenidən qurulmuş laboratoriya tamamilə söküldü. Bütün
qiymətli elektron avadanlıqlar, aparat və cihazlar kənara daşınaraq qeyri-münasib
ambarlara yığıldı. Dəyəri yüz minlərlə ölçülən diaqnostikumlar vaxtından əvvəl
keyfiyyətini itirdi. Əvəzində beynəlxalq tələblərə cavab verməyən laboratoriya
quraşdırıldı.
Kənd Təsərrüfatı Nazirliyindən baytarlıq sisteminə daha bir zərbə lüzumsuz aparılan
tikintilərə dövlət vəsaitinin israf edilməsi olmuşdur. Belə ki, Azərbaycan Elmi
Tədqiqat Baytarlıq İnstitutu Bakı şəhəri Böyük-Şor ünvanında elmi təcrübələr
aparmaq üçün laboratoriyaları, təcrübə heyvanları və s. şəraiti olan binada fəaliyyət
göstərirdi. Daxili mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumatlarda göstərilir
ki, institutun əməkdaşlarının etirazına baxmayaraq Binəqədi rayonunda yeni inşa
edilmış, təcrübə heyvanlarının saxlanması üçün vivarium, ümumiyyətlə elmi təcrübələrin
aparılmasına şərait və heç cür imkanı olmayan binaya köçürüldü, beləliklə bu köçürülmə
nəticəsində baytarlıq elmi “dünyasını dəyişdi”, İnstitutun əməkdaşları isə elmi
işçidən dönüb “məmur” oldular. Məlumatlı olan mənbənin ötürdüyü informasiyaya görə
Kənd Təsərrüfatı Nazirliyinin qanunsuz tələbi ilə şəhər və rayonların baytarlıq
idarələrinin tabeliyində olan sahə baytarlıq məntəqələrinin və bazarlarda olan
akkreditatsiyadan keçməyən baytarlıq sanitariya-ekspertiza laboratoriyalarının
işçiləri ərazisində fəaliyyət göstərən ət satışı mağaza, köşklərindən, sadlıq
evlərindən, qanunsuz küçə ticarətindən, küçələrdə, yol kənarlarında və digər müəyyən
olunmamış yerlərdə kəsilən heyvanlara görə pul toplamasına məcbur edilir. Qeyd:
bu günlərdə bu işə məcbur edilən baytar həkimlərdən biri (Ə.) Bakı şəhəri
Yasamal rayonu ərazisində polis işçiləri tərəfindən artıq yaxalanmışdır red.
Rayon, şəhər baytarlıq idarələrinin rəisləri hər ay toplanan pulun 50 faizini rüşvət
şəkilində nəğdi Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi səlahiyyətlərini müvəqqəti
icra edən Azər Süleymanova verirlər. (Baş prokuror yanında Korrupsiya ilə Mübarizə
Baş Idarəsinin nəzərinə)!
Bunulada, Azər Süleymanov Xidməti öz şəxsi “KARUSEL” Restoranı kimi idarə edir.
Baytarlıq sistemində olan peşəkar kadrlara “torba” tikərək işdən uzaqlaşdırmış,
onların yerinə isə tələbə yoldaşları və yaxınları- Oktay Şirvan baytarlıq idarəsinin
rəisi, Tahir Apşeron rayon Baytarlıq idarəsinin rəisi, Mübarizi şöbə müdiri,
dayısı oğlu Elşadı RBL-da direktor müavini, Aydını sektor müdiri, Oktay- Göygöl
rayon baytarlıq idarəsinin rəisi təyin etmiş və beləliklə, tələbə yoldaşları və
qohumlar “dəstəsi”nin vəzifələrə təyinatları davam edir. Bu dövlət qurumunda
qanunsuzluqlar o qədər iri addımlarla irəlləyir ki, ədalət axtaranlar onun dalınca
ayaqlaşa bilmirlər.
Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin cari ilin 11 iyunda keçirdiyi Kollegiya
iclasında Azər Süleymanovun əvvəlcədən cızdığı konturlar üzərində hazırlanan
plan əsasında Bakı Şəhər Baytarlıq İdarəsinin tabeliyində olan sahə baytarlıq məntəqə
və baytarlıq–sanitariya ekspertiza laboratoriyalarının müdirlərinin analoqu
olmayan üsulla- püşkatma yolu ilə vəzifə yerlərinin dəyidirilməsi barədə qanuna
zidd qərar çıxarılmışdır. Misal olaraq bu püşkatma dəyişirikliklərinə əsasən
Qaradağ rayonunun baytarlıq məntəqəsinin müdiri (baytar həkimi ) daima yaşadığı
və işlədiyi Qaradağdan gündəlik Pirallahı rayonuna getməli, malqaraya ilk yardım
göstərməlidir? Yerləri dəyişdirilən digər mütəxəssislər də həmçinin. Hansı ki,
məntəqələrin nə maşını var, nədə ki, tələb olunan şəraiti. Ancaq çox təəccüblüdür
ki, nazir Heydər Əsədov Azər Süleymanovun bu qanunsuz planını reallaşdırdı. Hecə
olur ki, qanunsuz aparılan küçə ticarətindən “az pul” yığan baytarların məsələsi
Nazirliyin Kollegiya iclasında müzakirəyə çıxarılır, ədalətsiz, qanundankənar qərarlar
qəbul edilir, lakin bu rüşvət yığımına göstəriş verən Azər Süleymanovun “gözünün
üstündə qaşın var”, deyən yoxdur. Qanunsuz qərarlar qəbul edilməsi adıçəkilən
Nazirliyin digər qəbul etdiyi qərarlarının da qanunliyini şübhə altına ala bilər?

 

Cumhuriyyet.az

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler