Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Dövletçiliyimizin möhkemlenmesinde saytların xidmeti televiziyalardan az deyil”

03 Ekim 2016

11:20 am


03/10/2016 [15:17]: xeber –
Məlum olduğu kimi, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun
Amaşov onlayn mediaya maliyyə yardımının göstərilməsi təklifi ilə çıxış edib və
digər həmkarlarını bu təşəbbüsü dəstəkləməyə çağırıb.

Məsələ ilə bağlı sayt-a açıqlama verən millət vəkili Elman Məmmədov
Ə.Amaşovun təklifini dəstəklədiyini bildirib və saytların önəminin qəzet və
televiziyadan heç də az olmadığını vurğulayıb:

“Hesab edirəm ki, bu məsələ cənab prezidentin də diqqətində olan bir
məsələdir. Ölkə başçısı mediadan qayğısını heç vaxt əskik etməyib. Saytlar bizim
üçün yad deyil. Saytların Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, Azərbaycan
həqiqətlərinin yaylmasında xidməti qəzet və televiziyalardan heç də az deyil. Ona
görə saytların daha səmərəli fəaliyyət göstərməsi, Azərbaycan dövlətçiliyinə
daha dərindən xidmət göstərməsi üçün onların yaşaması vacibdir və onların
maddi-texniki bazaları da möhkəmlənməlidir. Buna görə də mən də Ə.Amaşovun
fikri ilə həmrəyəm. Mən də hesab edirəm ki, saytlara diqqət və qayğı
artırılmalıdır”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler