Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dövlet satınalmalarına celb olunan mütexessisler üçün telim kursları davam etdirilir

05 Temmuz 2016

4:36 pm


05/07/2016 [20:34]: xeber –
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə iyulun 5-də dövlət satınalmalarına cəlb olunan mütəxəssislər üçün təlim kursu keçirilmişdir.“Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda təşkil olunan növbəti tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri iştirak etmişdir.Təlim kursunda iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmiş, təlim iştirakçılarının sualları cavablandırılmışdır.İqtisadiyyat Nazirliyi




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler