Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Dövlet Proqramının icrası tekce dermanlarla teminatı deyil”

01 Temmuz 2016

6:00 am


01/07/2016 [09:58]: xeber –
Şəkərli Diabet xəstələri və respublika ictimaiyyəti Azərbaycan Respublikası Milli Məclisin qəbul etdiyi və ölkə Prezidenti cənab İ.H.Əliyevin 23 dekabr 2003-cü il tarixində imzaladığı “Şəkərli Diabet xəstəliyinə tutulmuş şəxslərə Dövlət qayğısı haqqında ” Qanunu böyük məmnuniyyət hissi ilə qarşıladı. Bu Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2004-cü il tarixli fərmanı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti hər biri 5 ilə hesablanmış 3 dəfə “Şəkərli diabet üzrə Dövlət Proqramı” nı təsdiq etmişdir. Axırıncı Dövlət Proqramı 2016-2020 illəri əhatə edir.Şəkərli Diabet üzrə Dövlət Proqramları bu xəstəlikdən əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır. Dövlət büdcəsindən hər il ünvanlı olaraq bu proqramın icrasına vəsait ayrılır. Şəkərli diabet xəstələrinə dövlət hesabına, yəni pulsuz olaraq insulin, şəkərsalıcı dərmanlar, özünənəzarət vasitələri (qlyukometr və test çubuqcuqlar) verilir. Həmdə diabetli xəstələrin sayının mütəmadi artımına adekvat olaraq büdcədən ayrılan vəsaitdə hər il artırılır. Əyər birinci proqramın ilk ilində yəni 2005-ci ildə büdcədən ayrılan vəsait 6.0 milyon manat idisə, üçüncü proqramda bu ilə, yəni 2016-cı ilə 40.1 milyon manat vəsait ayrılmışdır. Bu xəstəlikdən əziyyət çəkən uşaqlar üçün 90 ədəd insulin pompası alınaraq onlara paylanmışdır. AR Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Azərbaycan Diabet Cəmiyyəti tərəfindən şəkərli diabet xəstələri və əhalinin maariflənməsi məqsədi ilə böyük tirajlarla kitabçalar, bukletlər və plakatlar çap edilib yayılmışdır.Lakin, təəssüf hissi ilə qeyd etməliyik ki, bu görülən müsbət işlərlə yanaşı ŞD üzrə Dövlət Proqramlarında ehtiva edilmiş bir sıra mühüm tədbirlər artıq neçə illərdir ki yerinə yetirilməyib kağız üzərində qalmışdır. “2016-2020 ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı” nın 2 –ci maddəsində “Dövlət Proqramının məqsədi və əsas vəzifələri” ndə göstərilir: “2.2.1. Şəkərli Diabet xəstələrinə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi” və “2.2.3 Endokrinoloji xidmətin kadr potensialının gücləndirilməsi” çox mühüm vəzifələrdir. İndi gəlin aydınlaşdıraq, ŞD xəstələrinin həkim-endokrinoloq tərəfindən müayinələrinə, lazım gəldikdə həkim briqadasının (göz həkimi, nefropatoloq, nevropatoloq, xirurq) cəlb edilib gözlənilən ağırlaşmaların vaxtında qarşısının alınmasına hesablanan bu vəzifə necə yerinə yetirilir?İctimai birlik olaraq Azərbaycan Diabet Cəmiyyətinin keçirdiyi layihələr və monitorinqlər, eləcədə xəstələrdən daxil olan çoxsaylı müraciətlərdən aydın olmuşdur ki, poliklinikalarda işləyən həkim-endokrinoloqların əksəriyyəti onlara insulin və şəkərsalıcı preparat almaq üçün müraciət edən xəstəyə ancaq resept yazmaqla kifayətlənir, nə ona xəstəliyin gedişi ilə əlaqədar suallar verir, nədə özü yoxlayır, çünki onun buna vaxtı yoxdur, qəbulda 30-40 xəstə gözləyir.Misal üçün götürək Cəlilabad rayonunu. Rayonda 200 min nəfərdən çox əhali yaşayır, qeydiyyatda 3400 dən çox diabet xəstəsi vardır. Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsində cəmi 1 nəfər həkim-endokrinoloq işləyir. Təsəvvür edin, bu xəstələr qabaqkı illərin dərman qıtlığı “xofundan” hələdə azad olmayıb, dərmanların rayona gətirilmə tarixini bildirkilərindən az qala yüzlərlə xəstə eyni vaxtda həkimə gəlib insulin və ya şəkərsalıcı həb almaq istəyirlər. Bu vəziyyətdə həkim-endokrinoloq xəstənin müayinə etməyə vaxtı olacaqmı, əlbəttə yox. Nə üçün xəstələrə təminat verilmir ki, onlar ayın istənilən günündə gəlsələr insulin və ya həb dərmanını alacaqlar. Hətta burada lazımi qayda yaradılsa belə hər gün orta hesabla həkim-endokrinoloqun yanına 135 xəstə gəlməlidir. Əyər hər xəstə diqqətlə müayinə edilərsə ən azı 12-15 dəqiqə vaxt lazım gələcək, belə olan halda həkim ancaq 30-35 xəstəni müayinə edə bilər, bəs onda qalan xəstələr nə etsin. Beləliklə müəyyən edilir ki bu xəstələrinin əksəriyyəti həkim-endokrinoloq tərəfindən heç bir müayinə aparılmır. Biz bu misalı Cəlilabar rayonu üzrə apardıq, ancaq belə hal, yəni cəmi 1 nəfər həkim-endokrinoloqu olan rayonlar az deyil( Tovuz , Şamaxı, Xaçmaz və s.) hətta 2 nəfər həkim-endokrinoloqun özüdə azlıq edir. ŞD xəstələrinin illərlə belə lazımı müayinələrdən keçməməsi onların xəstəliyinin qarşıdakı illərdə fəsadlara gətirib çıxacağı qaçılmazdı. Buradan aydın olur ki, endokrinolojı xidmətin kadr potensialı çox aşağıdır. Yeni qaydalara görə hər hansı bir ixtisasa yiyələnmək üçün Azərbaycan Tibb Universitetini bitirən məzun gərək 5 il ərzində rezidenturada bu və ya digər ixtisasa yiyələnməlidir. Xəstələrin səhhəti, onlara tələb olunanlar müayinələr isə bunu gözləmir. Bəs necə etməli, vəziyyətdən necə çıxmalı?Belə vəziyyət digər MDB respublikalarında da mövcud idi, lakin onlardan bəzilərində problemi müsbət həll etməyə başlayıblar və nəticə də ürəkaçan olur. Bu günlərdə Azərbaycan Diabet Cəmiyyəti ictimai birliyinin rəhbərliyi Almatı da keçirilən Şərqi Avropa ölkələrinin Diabet Assosiasiyaları rəhbərlərinin XIV Sammitində iştirak etmişdir. Sammitdə dinlənilən bir neçə məruzələrdə, xüsusilə Qazaxıstan Respublikası Səhiyyə və Sosial İnkişaf nazirliyinin nümayəndəsinin çıxışında ŞD xəstəliyinin idarə edilməsində icra olunan proqram çox maraqla dinlənildi. Bu proqram əsasında hər bir şəhər və rayon tibb müəssisələrində işləyən sahə terapevt həkimləri və tibb bacıları xüsusi hazırlanmış proqramlar əsasında endokrinoloji xəstəliklərin profilaktikası, müalicəsi və idarə edilməsi üzrə kurslar keçərək lisenziya aldıqdan sonra onlara öz sahələrində yaşayan, yeni və yaxın illərdə diaqnoz qoyulmuş, ağırlaşmaları olmayan xəstələrin müalicəsi tapşırılmışdı. Beləliklə həkim-endokrinoloqların nəzarətinə ancaq şəkərli diabet tip I və ağırlaşmaları olan (insulinasılı) tip II xəstələri götürülür. Şəhər və rayonun qalan tip II xəstələri yuxarıda göstərdiyimiz kimi, xüsusi kurs keçib ,lisenziya alan sahə həkimlərinə həvalə edilir. Əlbəttə belə olan halda həkim-endokrinoloq gündəlik qəbulda sayca çox olmayan tip I və ağırlaşmaları olan (insulinasılı) tip II xəstələrinin normal tərzdə müayinə edib xəstəliyin sonrakı dövrü üçün müalicə strategiyasını müəyyən edə bilər. Beləliklə həkim-endokrinoloqların hazırda rastlaşdıqları ağır yükdən xeyli azad olacaq və öhdələrində olan xəstələrə daha çox vaxt ayıracaqlar. Bununla da respublika üzrə həkim-endokrinoloq defisiti aradan qalxacaq.Bizim Cəmiyyət ictimai birlik olaraq 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Onun əsas məqsədə ŞD xəstələrinin hüquqlarının qorunması, onların maariflənməsi və dövlətimizin ŞD üzrə Qanunun və Dövlət Proqramlarının həyata keçirilməsinə ictimai dəstək verməsidir. AR Səhiyyə nazirliyinin rəhbərliyi bizim fəaliyyətimizlə tanışdır. Odur ki, onlardan xahiş edirik Qazaxıstan respublikasında tətbiq olunmuş bu Proqramınöyrənilməsi və respublikamızda da diabetli xəstələrin idarə edilməsində bu müsbət islahatın aparılmasına sərəncam versin.Dövlət Proqramının icrasındakı çatışmazlıqlardan biridə şəkərli diabet xəstəliyinin kompensasiya mərhələsinin müəyyən edilməsi məqsədilə tibb müəssisələrinin qlyukozalaşmış hemoqlobinin təyini üçün avadanlıq və reaktivlərlə indiyədək təmin edilməməsidir. Bu müayinə ŞD xəstələri üçün çox zəruri sayılan müayinə hesab edilir. Hər rübdə 1 dəfə bu müayinənin aparılması ilə həkim-endokrinoloq xəstəliyin gedişini müəyyən edib xəstənin qarşıdakı müalicəsinə tövsiyələrini verir. Hətta xəstəliyin diaqnostikası müasir kliniki protokolların tələbi ilə qlyukozalaşmış hemoqlobin müayinəsilə təsdiq edilir. Şəkərli diabet xəstəliyinin kompensasiya mərhələsinin müəyyən ediməsini zəruri sayaraq Səhiyyə nazirliyinin mütəxəssisləri, baş endokrinoloq bu mühüm tədbiri həm 2-ci həmdə hazırda güvədə olan 3-cü Dövlət Proqramının tərkib hissəsi kimi göstəriblər. Təəssüf ki, bu müayinəni aparmaq üçün avadanlıq və reaktivlər ancaq paytaxtda yerləşən 4 tibb müəssisəsinə verilib (Respublika Endokrinoloji Mərkəzi, Akad. MirQasımov adına Respublika Klinik Xəstəxanası, Bakı sağlamlıq mərkəzi və 6 saylı uşaq klinik xəstəxanası). Bəs respublikanın 60 dan çox şəhər və rayonlarında yaşayan ŞD xəstələri bu zəruri müayinəni harada aparsınlar. Hər bir rayon mərkəzi xəstəxanasında bir, böyük şəhərlərdə isə (Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir) 2-3 yerdə bu müayinənin aparılması üçün avadanlıq və reaktivlərin ayrılması və müayinələrin aparılması lazımdır. AR Səhiyyə nazirliyinin rəhbərliyi özünündə mühüm hesab etdiyi bu tədbiri nəhayət həyata keçirməlidir.Dövlət Proqramının icrasındakı növbəti çatışmazlıq isə proqramda 4.2.6 maddəsində ehtiva edilən “Şəkərli Diabetə düçar olmuş uşaq və gənclər üçün yay düşərgələrinin təşkili” tədbiridir. Bu tədbir dəfələrlə yerinə yetirilmədiyindən növbəti pöroqramlara köçürülür. Buna nə ad vermək olar? Düzdür, “Heydər Əliyev Fondu” və bəzi ictimai birliklər diabetli uçaq və yeniyetmələr üçün yay düşərgələri təşkil etmişlər. Lakin bu düşərgələrdə cəmi bir növbədə olmaqla vur-tut 25-30 nəfər yeniyetmə istirahət ediblər. Halbuki hazırda respublikada 1200 nəfərdən çox diabetli uçsaq və yeniyetmələr qeydiyyatdadır və onların hər biri il ərzində heç olmazsa bir dəfə yay istirahət düşərgəsində istirahət etməli, özünənəzarəti təkmilləşdirməli, psixoloji narahatlıqlardan azad olmalıdırlar. Çox təəssüflər olsunki Səhiyyə nazirliyi diabetli uşaq və yeniyetmələrin bu arzusuna hələlik laqeydlik göstərir.Şəkərli Diabet xəstəliyinin müalicəsində özünənəzarətin rolu danılmazdır və bu səbəbdən də Dövlət Proqramlarında hər dəfə bu tədbirin göstərilməsi təsadüfü deyil. Nazirlik 2007-ci ildən başlayaraq bu tədbirin həyata keçiriləsi üçün qlyukometr və onlara test çubuqcuqlar alıb xəstələrə paylanılır. Lakin, bu test-çubuqcuqlar xəstələrə tələb olunduqdan xeyli az verilir, bu isə öz növbəsində xəstələrin haqlı şikayətlərinə səbəb olur. Doğrudur, onların qiyməti çoxda ucuz deyil, ancaq hər halda nazirlik bu məsələnin optimal həllini araşdırıb tapmalıdır. Axır 5-6 ayda nazirliyin İnnovasiya və Təchizat İdarəsinin qlyukometrləri alıb rayon və şəhərlərə göndərməməsi çox ciddi şikayətlər yaradıb. Biz bu haqda Səhiyyə nazirliyinin rəhbərliyinə müraciət etmişik, lakin təəssüflər olsun ki, bu ciddi siqnalda hələlik öz həllinin tapmayıb.Bütün yuxarıda göstərdiyimiz nöqsan və çatışmazlıqlar ona dəlalət edir ki, şəkərli diabet xəstəliyinə tutulmuş xəstələrə dövlətin göstərdiyi qayğını özündə ehtiva edən Dövlət Proqramının yerinə yetirilməsində əsas icraçı sayılan AR Səhiyyə nazirliyi və onun müvafiq qurumları tərəfindən laqeydlik hələdə davam etməkdədir. Axı dövlətimizin başçısı cənab Prezident sosial proqramların icrasını dövlət siyasətinin ənprioritet sahəsi sayaraq onalrın tam və yüksək standartlara, beynəlxalq keyfiyyətlərə cavab verəcək halda yerinə yrtirilməsini tələb edir. Şübhə etmirik ki, AR Səhiyyə nazirliyi şəkərli diabet xəstələrinin ictimai birliklərinin müəyyən etdiyi bu ciddi çatışmazlıqları ləğv etmək üçün lazımi tədbirləri görəcək və şəkərli diabet xəstələrinin həyat keyfiyyətlərinin yaxşılaşmasına öz səyini cəlb edəcəkdir.Akif MuxtarovAzərbaycan Diabet Cəmiyyətisədrini müavini




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler