Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Dövlet müellimin emek haqqını qaldırmamalıdır…”

Genel 17 Haziran 2016

2:44 pm


17/06/2016 [18:42]: xeber –

Bir
vaxtlar ən dəyərli və müqəddəs sayılan müəllimlik peşəsi zamanla müəyyən səbəblərə
görə, necə deyərlər, “dəyərdən” düşdü. Daha çox gəlir gətirən peşələr “dəyərə”
mindi. Əvvəllər yaxşı oxuyan şagirdlərin əksəriyyəti müəllim olurdusa, indi
yaxşı oxuyan uşaqların demək olar ki, əksəriyyəti hüquqşünas, iqtisadçı, məmur,
həkim və s. kimi peşələri seçirlər. Və bu seçdiklərinin heç biri alınmayanda, yəni
son məqamda məcbur qalaraq müəllimliyə gedirlər.  

Təhsil
nazirimiz Mikayıl Cabbarov bu günlərdə məhz bu problemlə bağlı olaraq gələn ildən
müəllimlərin əmək haqlarının iki dəfəyə qədər artırılma ehtimalının olduğunu
bildirdir. Qeyd edək ki, ötən il abituriyentlərin müəllimlik ixtisaslarına
marağını artırmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi təqaüd də təsis olundu.
Belə ki, müəllimliyi ilk peşə kimi seçmiş və 500-dən çox bal toplamış tələbələrə
ayda 100 manat təqaüd verilir.

Görəsən,
müəllimlərin maaşlarının artırılması məzunların müəllimlik peşəsini seçməsinə təkan
verəcəkmi? Ümumiyyətlə bu problemin aradan qaldırılması üçün nə kimi işlər görmək
olar?

sayt-ın
bu mövzuda suallarına təhsil eksperti Nabatali Qulamoğlu aydınlıq gətirib.N.Qulamoğlu
bildirib ki, müəllimlərin əmək haqlarını artırmaq fayda verməyəcək: “Əvvəla, verdiyi bəyanata nazir özü cavabdehlik daşıyır. Digər tərəfdən, müəllimlərin
əmək haqlarını artırmaq əsas deyil. Çünki bir tərəfdən artıranda o
biri tərəfdən infilyasiya bu maaşı yeyir. Necə deyərlər, bir addım irəli, iki
addım geri. Hesab edirəm ki, populist bəyanatdır və müəllimlərin maddi
durumunu yaxşılaşdırmayacaq”.

Ekspert
problemin həlli yollarını da sadalayıb: “Yeganə çıxış yolu liberal təhsilə
geniş meydan verməkdir. Bu da o deməkdir ki, təhsilin üç sektoru: dövlət, özəl
və bələdiyyə sektorları arasında rəqabət gücləndirilməli, təhsilalanlarla təhsilverənlər
arasında sağlam bazar münasibətləri yaranmalıdır. Onda hər bir məllimin yeri də
bilinəcək və öz əmək haqqını verdiyi təhsilin müqabilində özü tələb edəcək. Dövlət
müəllimin əmək haqqını qaldırmamalıdır. Onu təhsil bazarı müəyyən etməlidir”.

 

Rumiyyə 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler