Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dövlet İmtahan Merkezi dövlet qeydiyyatına alınıb

21 Ekim 2016

3:12 pm


21/10/2016 [19:09]: xeber –
Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb. APA-nın xəbərinə görə, DİM-in yeni saytı –dim.gov.az da istifadəyə verilib. DİM-dən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, DİM dövlət qeydiyyatına alındığı üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv edilməsi istiqamətində Ləğvetmə Komissiyası yaradılacaq.  Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərmanda müəyyən edilib ki, DİM dövlət qeydiyyatına alındığı andan DQMK və TQDK ləğv edilir, onların istifadəsində olan dövlət əmlakı DİM-in balansına verilir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler