Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Dövlet çevrilişine cehd göstermek acizlik ve siyasi qısırlıq nümunesidir”

16 Temmuz 2016

12:20 pm


16/07/2016 [16:18]: xeber –
Qardaş ölkə Türkiyədə yaşanan son olaylar və 90-a yaxın dinc insanın, o cümlədən asayiş keşikçilərinin həlak olması məni bir insan kimi də, bir partiya sədri kimi də çox ciddi surətdə narahat etdi. İnsan itkilərinə görə sarsıldım və həlak olanların yaxınlarına, doğmalarına böyük bir üzüntü ilə başsağlığı verirəm : Başınız sağolsun, əziz bacı və qardaşlarımız!Bu, açıq-aşkar çevriliş cəhdidir. Və biriləri ordunun gücünə güvənərək qardaş ölkədə çox açıq surətdə dövlət çevrilişinə cəhd etdilər, seçki yolu ilə iqtidara gəlmiş AKP-ni qeyri-konstitutsiyon yolla, zorakı üsullarla hakimiyyətdən devirməyə çalışdılar. Biriləri deyərkən qeyri-müəyyənlik yaranmasın deyə, hər şeyi açıq söyləmək, hər kəsi öz adıyla çağırmaq da olar. Söhbət “paralel dövlət”dən və bu “dövlət”in baş ideoloqu Fətullah Gülənin sözügedən çevriliş planının başında durmasından gedir. Bunu qardaş ölkənin birinci adamı hörmətli Rəcəb Tayyib Ərdoğan da bilir və o bunu mediaya açıqlamasında da vurğuladı.Ancaq şükürlər olsun ki, dövlət çevrilişinə cəhd məğlubiyyətə uğradı. Heç şübhəsiz ki, bu belə də olmalıydı. Çünki xalq gecə saatlarında Türkiyənin bütün böyük şəhərlərində küçələrə axışaraq böyük bir cəsarətlə ordunun, tankların üzərinə yeridi və birmənalı surətdə hazırki iqtidarın yanında olduğunu, Ərdoğanı dəstəklədiyini nümayiş etdirdi.Çevriliş cəhdinin fiasko ilə nəticələnməsi qanunauyğunluq idi. Amma keşkə bu cəhd heç olmasaydı. Keşkə biriləri zoraki üsullarla, qan tökməklə Türkiyədə hakimiyyəti ələ keçirməyə çalışmasaydılar. Çünki son 36 il ərzində Türkiyədə hərbçilərin siyasətə, hakimiyyətə əl qoyması, ölkənin idarəçiliyini ələ keçirməsi hadisəsi baş verməmiş, təkrarlanmamışdı. 1980-cı il çevrilişindən üzü buyana Türkiyə normal ölkə, sivil ölkə imicinə söykənərək dünya dövlətləri birliyində öz layiqli yerini tutmaqda idi. Ancaq Silahlı Qüvvələrin bir qrupunun dünənki çevriliş cəhdi Türkiyənin sivil imicinə çox ağır zərbə oldu.Bəs görəsən, bu cəhdə əl atanlar işin bu tərəfini heç düşünmüşdülərmi ? Türkiyənin beynəlxalq imicini zədələyəcəklərinin fərqindəydilərmi ? Bilmirəm. Ancaq bildiyim yeganə bir həqiqət var ki, çevriliş yoluyla hakimiyyətə gəlmək istəyi doğru hərəkət deyil. Mən qəti şəkildə belə bir cəhdlərin əleyhinəyəm. Hakimiyyətə gəlməyin qanuni bir yolu var. Bu yol da yalnız və yalnız seçkilərdən keçir. Əgər özünə belə çox güvənirsənsə, arxanda böyük bir elektoratın durduğunu düşünürsənsə və hazırki iqtidarın ölkəni düzgün bir şəkildə idarə etmədiyini iddia edirsənsə, buyur bu meydan, bu da sən. Öz gücünü ortaya qoy, demokratik seçkilərə qatıl , sözünü de və səsini qazan.Yoxsa ki, demokratik seçkilərdən şüurlu şəkildə imtina edərək , qeyri-qanuni yollarla hakimiyyətə gəlməyə cəhd göstərmək heç bir normal siyasi qüvvəyə yaraşmır və baş ucalığı gətirmir. Dövlət cevrilişinə cəhd göstərmək acizlik və siyasi qısırlıq nümunəsidir. Bəli, mən belə hesab edirəm. Bunun başqa bir adı yoxdur!Biz DADP (Demokratik Azərbaycan Dünyası Partiyası) olaraq qardaş Türk millətinin yanındayıq və prezident Rəcəb Tayyib Ərdoğana da dəstəyimizi ifadə edirik. Türkiyə sarsılmayacaq, yenik düşməyəcək ! Türkiyə hər zamanki kimi bu sıxıntını da başarı ilə geridə buraxmağı bacaracaq və biz də bir qardaş duyğusu ilə Türkiyəmizin uğurlarını izləməkdə davam edəcəyik.Yolun açıq olsun, Türkiyə!Əlisahib Hüseynov Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler