Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dövlet bağçaları pullu ola biler…

09 Eylül 2016

7:00 pm


09/09/2016 [22:57]: xeber –
Dövlət bağçaları pullu ola bilər. Bu məsələ “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsində öz əksini tapıb. Milli Məclisin Elm və təhsil komitəsinin  sədri İsa Həbibbəyli deyir ki, bu, neqativ halların qarşısını alacaq.“Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması həmçinin bağçaların Təhsil Nazirliyinin tabeliyinə qaytarılıb-qaytarılmayacağını və fiziki qüsurlu uşaqlar üçün xüsusi bağçaların yaradılmasını gündəmə gətirib. Belə uşaqlar digərləri kimi məktəbə getdiyindən məkətəbə qədər təhsil müəsssəsinin də yaradılması zərurəti yaranıb.Yeni lahiyədə “Ailə bağçası” modelinin  yaradılması da nəzərdə tutulur. Uşağını bağçaya göndərmək istəməyən şəxslər ailələrə müraciət edəcəklər. Bağça kimi çıxış etmək istəyən ailələr isə dövlət tərəfindən seçiləcək. Onların hansı şərtlər əsasında seçiləcəyi isə hələ ki, məlum deyil.Layihə üzərində iş getdiyindən ailələrin vergiyə cəlb olunması məsələsi və ödəniləcək məbləğ hələ ki, dəqiqləşdirlməyib. Məktəbəqədər təhsillə bağlı bütün məsələləri tənzimələməyi nəzərdə tutan layihədə tərbiyəçilərin seçimi və meyarları da öz əksini tapacaq.( “Xəzər Xəbər”)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler