Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Dostoyevski olmasa idi, yerine mütleq kimse yazacqdı” -MÜSAHİBƏ

17 Ağustos 2016

1:36 pm


17/08/2016 [17:32]: xeber –
sayt saytı 1956-cı il dövrün məşhur yazıçılarından olan, Nobel mükafatçısı Uilyam Folknerin 1956-cı ildə yerli mətbuat orqanlarından birinə verdiyi müsahibəsini təqdim edir:- Cənab Folkner, danışmağı xoşlamadığınızı söyləmişdiz….- Danışmaqdan xoşlanmamamın səbəbi bəzən mənə şəxsi həyatımla bağlı sualların verilməsidir. Suallar kitablarım barədədirsə onları cavablamağa çalışaram. Amma suallar mənim haqqımdadırsa onları cavablasam belə, sabah bu suallara tamam ayrı cavab verəcəyimə əminəm.- Şəxsiyyətiniz haqqındakı sualları niyə qəbul etmirsiz?- Mən var olmasaydım başqa birinin mənim, ya da Heminqueyin, Dostoyevskinin yazdıqlarını yazacağına inanıram. Bunun dəlili Şekspirin dramlarını yazdığını iddia edə biləcəyimiz üç ayrı namizədin olmasıdır. Sənətçi əhəmiyyətsizdir, onun yaratdığı şey vacibdir, çünki sənətdə deyiləcək yeni bir şey yoxdur. Şekspir, Balzak, ya da Homer eyni şeylər haqqında yazmışlar və əslində onlar min ya da iki min il daha uzun yaşamış olsaydılar, başqa yazarlara heç ehtiyac da olmayacaqdı.-Amma deyiləcək yeni bir şey olmasa belə, yenə də yazarın şəxsiyyəti əhəmiyyətli deyilmi?- Hər bir yazar özü öz içində çox əhəmiyyətlidir. Amma xaricində olan insanların isə onun şəxsiyyəti ilə maraqlanmağa vaxtı yoxdur. İnsanlar diqqəti ancaq onun əsərlərinə yönəldə bilərlər.- Yaxşı yazıçı olmaq üçün tətbiq oluna biləcək hər hansı bir düstur varmı?- Yüzdə doxsan doqquz qabiliyyət … yüzdə doxsan doqquz intizam … yüzdə doxsan doqquz iş. Yaxşı bir romançı etdiyi şeydən əsla razı qalmamalıdır. Hər zaman xəyal etməli və edə biləcəyindən daha yaxşısını etməyə çalışmalıdır. Yalnız müasirlərindən və əvvəlki nəsildən yaxşı olmağa çalışmaqla kifayətlənməməlidir. Özündən daha yaxşı olmağa çalışmalıdır. Yazıçı cinlərin idarə etdiyi bir məxluqdur.. Başdan ayağa əxlaq xaricində olan biridir. Yazdığı kitab gözəl olsun deyə hər hansıbirini və ya hər kəsi soyacak, hər hansı birindən və ya hər kəsdən borc alacaq, dilənəcək, oğurluq edəcək qədər əxlaq xaricində qalan biridir.-Bir yazarın başdan ayağa mərhəmətsiz biri olmasını demək istəyirsiz?- Yazarın tək məsuliyyəti sənətinə qarşı olmalıdı. Yaxşı yazıçının tamamilə mərhəmətsiz olması lazımdır. Yazıçı bir yuxu içindədir. Bu yuxu ona o qədər çox işgəncə edər ki, heç cür ondan xilas ola bilməz, dincliyin yolların axtarar. Ondan xilas olana qədər dinclik tapa bilməz. Bu zaman heç nə onu maraqlandırmır: qürur, yaxşı insan olmaq, təhlükəsizlik, xoşbəxtlik- hamısını kitabı gözəl olsun deyə fəda edər.- Təhlükəsizlik, xoşbəxtlik və qürurun yoxluğu tək başına bir yazıçının yaradıcılığında rol oynaya bilər mi? -Xeyr. Bunlar yalnız yazarın dincliyi və məmnuniyyəti üçün əhəmiyyətli şeylərdir, halbuki sənətin dinclik və ya məmnuniyyət anlayışı yoxdur-Yaxşı, o zaman sizcə bir yazar üçün ən yaxşı mühit hansıdır?- İncəsənət mühitə, filana baxmaz; onun üçün harda olduğunun heç əhəmiyyəti yoxdur.. Ona maddi bir azadlıq lazımdı. Yazıçı qorxudan və aclıqdan uzaqdadır. Bura səhər saatlarında səssizdir və i.ləmək üçün ən yaxşı zamandır. Yazıçının istədiyi şey istər dinclik, istər təklik, istərsə zövq olsun, bunlara çox da yüksək olmayan bir məbləğ qarşılığında qovuşa bilir.-İqtisadi azadlıqdan bəhs etdiniz. Bir yazarın buna ehtiyacı varmı?- Xeyr. Yazarın iqtisadi azadlığa ehtiyacı yoxdur. Ehtiyacı olduğu tək şey bir qələm və bir az da boş kağızdır. Bildiyim qədəriylə pulun yazarlığa müsbət təsiri yoxdur. Yaxşı sənət oğrular, içki qaçaqçıları ya da at oğruları arasından da çıxa bilər. Heç bir şey yaxşı bir yazıçını yox edə bilməz. Yaxşı bir yazıçını yox edə biləcək tək şey ölümdür. Yaxşı yazarın müvəffəqiyyətə ya da zəngin olmağa sərf edəcək vaxtı da yoxdur. Müvəffəqiyyət qadına xas bir şeydir və bir az da bir qadın kimidir; Qarşısında baş əysəniz üstünüzdən keçib gedər. Ən yaxşısı ona əlinizin tərsini göstərməkdir. Bəlkə o zaman sizin yerinizə o dizlərinin üzərinə çökəcək.- Standartlarınıza çatmaq üçün hansı yazı texnikasından istifadə edirsiniz?- Yazıçı öz qələmindən cərrah bıçağından, memar isə kərpicdən istifadə edən kimi etmir. Yaxşı yazmaq üçün mexaniki bir üsul, bir düstur yoxdur. Bir ədəbiyyat nəzəriyyəsini təqib edən gənc yazar axmaqlıq etmiş olar. Özünüzü öz xətalarınıza hazırlayın; insanlar səhv edə-edə öyrənərlər.- Yəni texnikanın əhəmiyyətsiz olduğunu deyirsiniz?- Qətiyyən! Yazıçı bəzən texniki ipləri əlinə alıb və xəyalını qurduğu predmetlərə nəzarət etməyə başlamalıdır.“Döşəyimdə Ölərkən”i yazarkən belə olmuşdu. Asan deyildi. İçdən yazılmış heç bir roman asan yazılmır. İşin sadəliyi istifadə edəcəyəm bütün vəsaitin əlimdə hazır olmasında idi. Romanımı altı həftə boyunca o zaman gündə on iki saat çalışdığım işimdən artıq qalan zamanlarda yazdım. Bir qrup insan xəyal etdim və onları universal, təbii fəlakətlərin, sellərin və yanğınların içinə atdım. Bir yazarın sahib olması lazım olan xüsusiyyət öz əsərini yazarkən tərəfsiz ola bilmək və özünü bu mövzuda aldatmayacaq dürüstlüyə və cəsarətə yiyələnməsidir. Kitablarımın heç biri təyin etdiyim standartlarıma çatmamış olduqları üçün onlarda mənə məyusluq gətirən məqamlar var.- Yazıçılardan kimləri oxuyursunuz?-Xeyr, oxuduğum kitablar gənckən oxuyub sevdiyim və köhnə dostlarla görüşür kimi davamlı olaraq qayıtdığı kitablar var. “Əhdi-Ətiq”, Dickens, Servantes, Flober və Balzakı oxuyuram. Balzak öz qüsursuz dünyasını yaratmış bir yazardı. Sonra Flober, Dostoyevski, Tolstoy, Şekspir. Melvili arada bir oxuyuramElmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler