Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dörd defe ölüb-dirildi – Kerimov haqda YENİ FAKTLAR

29 Ağustos 2016

5:56 pm


29/08/2016 [21:55]: xeber –
Özbəkistan prezidenti İslam Kərimov hazırda reanimasiyadadır. Bu haqda məlumat rəsmi təsdiqini tapıb. Lakin Kərimovun ölümü, yaxud xəstəxanaya düşməsi haqda indiyə qədər dəfələrlə məlumat yayılıb. Həmin məlumatlardan bir neçəsini təqdim edirik: 20 gün komada 2015-ci ilin fevral ayında məlumat yayıldı ki, 77 yaşlı Kərimov komaya düşüb. İddialara görə, Kərimov axşam yeməyində şüurunu itirib və 20 gün komada qalıb. 2013-cü il geniş miokard iflic 2013-cü ilin 23 mart tarixində gecə saatlarında İslam Kərimov geniş infarktla xəstəxanaya yerləşdirilib.  Bu barədə “NDU” nəşrinin məlumatında deyilir. Prezident Aparatının adı açıqlanmayan əməkdaşlarından biri məlumatı nə təkzib, nə də təsdiq edib. Kərimov həmin məlumatdan bir müddət sonra Moskvaya işgüzar səfər edərək, deyilənləri təkzib etdi. Bir ildə iki dəfə koma 2010-cu ildə özbək müxalifətinin lideri Məhəmməd Salih “Azadlıq” radiosuna müsahibəsində bildirib ki, 2009-cu ildə İslam Kərimov iki dəfə komaya düşüb. Kərimov “dəfn” olundu 2003-cü ildə Rusiyanın “Novoy qazeta” İslam Kərimovun öldüyü xəbərini yaydı. Özbəkistanın Moskvadakı səfirliyi bu məlumatı təkzib etdi.(publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler