Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Dolların bahalaşmasının qarşısını almaq mümkün deyil”- Bed proqnoz

29 Haziran 2016

10:40 am


29/06/2016 [14:37]: xeber –
Manatın məzənnəsinin yaxın zamanlarda necə dəyişəcəyi ilə bağlı müzakirələr davam edir. Məsələ ilə bağlı daha bir açıqlamanı isə iqtisadçı alim Vüqar Bayramov verib.sayt xəbər verir ki, Vüqar Bayramov açıqlamasında dolların manata nisbətən bahalaşmasının qarşısını almağın mümkün olmadığını bildirib.  “Əslində mənzərə tamamilə sadədir: əgər dünən hərracda kommersiya banklarının yarım milyard dollarlıq sifarişi olubsa və yalnız onun 10 faizi ödənilibsə, deməli ən azı banklar istədikləri pulu alanadək manat ucuzlaşmalıdır. Yəni, hətta Mərkəzi Bankın indiki mövcud müdaxilə səviyyəsində də dolların manata nisbətən bahalaşmasının qarşısını almaq mümkün deyil. Çünki bunu bazar tələb edir. Dollara bankların tələbi varsa deməli onlar manatlarını satıb xarici valyuta almaq istəyirlər. Ən sadə iqtisadi qanuna uyğun olaraq milli valyuta da nə qədər çox təklif olunursa onun dəyəri o qədər düşür. Əgər bütün bu iqtisadi qanunauyğunluqlara rəğmən manatın az da olsa güclənməsi müşahidə olunarsa bu bazardakı tarazlıq deyil, süni şəkildə inzibati müdaxilə nəticəsində mümkün ola bilər. Xarici valyutaya olan mövcud tələb heç bir halda manatın möhkəmlənməsinə zəmin yaratmır. Və ya Mərkəzi Bank rezervlərini bazara çıxarıb dollara olan tələbi ödəməlidir ki, manata təzyiq azalsın. Baş bank hələlik ehtiyatlarını qorumağa çalışdığı üçün mövcud şərtlər manatın dollara qarşı dəyər itirməsini diqtə edir.”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler