Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dollar süretle ucuzlaşır

29 Temmuz 2016

4:16 pm


29/07/2016 [20:13]: xeber –
ABŞ dolları avroya nisbətdə sürətlə ucuzlaşmağa başlayıb.sayt xəbər verir ki, buna II rübdə ABŞ iqtisadiyyatının proqnozlaşdırılandan daha az artması səbəb olub. ABŞ-ın Ticarət Nazirliyinin bu gün açıqladığı statistikaya əsasən, II rübdə ÜDM illik müqayisədə 1,2% artıb. “Bloomberg” agentliyinin ekspertləri isə bu rəqəmin 2,5% olacağını proqnozlaşdırıb.Yenidən baxılan göstəricilərə əsasən, ABŞ iqtisadiyyatı 1,1% deyil, 0,8% artıb. Bu isə 2 illik minimum göstəricidir.Bu statistika açıqlandıqdan sonra avro 1,1058 dollardan 1,1180 dollaradək bahalaşıb.Bununla yanaşı, dollar Yaponiya yeninə qarşı 105,4 səviyyəsindən 102,206-dək enib.Yenin bahalaşmasına həmçinin Yaponiya Bankının monetar siyasətin bir qədər yumşaltması barədə qəbul etdiyi qərar olub. Bununla Mərkəzi Bank iqtisadi artımı və inflyasiyanın 2%-lik səviyyəyə çıxmasını dəstəkləmək niyyətindədir.Qeyd edək ki, Azərbaycanda avqustun 1-nə USD/AZN rəsmi məzənnəsi 1,5851 səviyyəsində müəyyən olunub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler