Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dollar süretle bahalaşır – Bu günün resmi mezennesi

24 Ağustos 2016

6:40 am


24/08/2016 [10:39]: xeber –
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən  verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 23-ü ilə müqayisədə 0,25% artaraq 1,6245 manata yüksəlib. Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,11% zəifləyərək 1,8349 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublu ötən günlə müqayisədə 0,8% artaraq 0,0252 manat səviyyəsinə yüksəlib. Türkiyə lirəsinin məzənnəsi 0,4% zəifləyərək 0,5496 manat olub. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1404 manatdır. Beləliklə, funt sterlinq 0,43%-lik bahalaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,06% azalaraq 0,7119 manat təşkil edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler