Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dollar ile bağlı vacib melumat açıqlandı

02 Eylül 2016

1:16 pm


02/09/2016 [17:12]: xeber –
FED faiz dərəcəsini artırarsa, dollar daha da güclənəcək, neft isə ucuzlaşacaq.Qlobal bazarların maraqla gözlədiyi ABŞ-da qeyri-kənd təsərrüfatı məşğulluq göstəricisi açıqlanıb.sayt-ın məlumatına görə, “Marja” ABŞ Əmək Nazirliyinin açıqladığı məlumata istinadən xəbər verir ki, avqustda məşğulluq 151 min artıb. İqtisadçılar məşğulluğun 180 min artacağını gözləyirdilər.ABŞ-da avqustda işsizlik nisbəti isə 4,9%-də qalıb. İqtisadçılar işsizliyin 4,8%-ə düşəcəyini gözləyirdilər. İyul ayı məşğulluq göstəricisi isə 255 mindən 275 minə yuxarı istiqamətdə dəyişdirilib.FED-in yaxından izlədiyi orta saatlıq maaşlar 0,1% artım ilə gözləntidən aşağı qalıb. Gözlənti 0,2% artım idi. Qeyri-kənd təsərrüfatı məşğulluq göstəricisi FED-in faiz qərarı baxımından da əhəmiyyət kəsb edir.Göstəricilərin proqnozdan aşağı çıxması FED-in sentyabrda faizləri artıracağı ehtimalını zəiflədir. FED faiz dərəcəsini artırarsa, dollar daha da güclənəcək, neft isə ucuzlaşacaq.Məlumatın açıqlanmasının ardınca qlobal birjalarda dollar ucuzlaşmağa başlayıb. Avro/dollar məzənnəsi 0,3% qalxaraq 1,1231 səviyyəsinə qalxıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler