Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dollar 8 aylıq maksimuma yaxınlaşır…

24 Ekim 2016

8:04 am


24/10/2016 [12:01]: xeber –
Dolların əsas valyutalar səbətinə qarşı məzənnəsi 8 aylıq maksimumu yeniləyib.Buna səbəb ilin sonunadək Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsinin qaldırılması ilə bağlı ehtimalların artmasıdır.Dolların indeksi 0,1% möhkəmlənərək 98,718 səviyyəsinə çatıb ki, bu da cari ilin fevral ayının 3-də qeydə alınan 98,846-ya çox yaxındır.Ötən cümə günü San-Fransisko Federal Ehtiyat Bankının prezidenti Con Uilyams deyib ki, bu il pul-kredit siyasətinin sərtləşdirilməsi baxımından münasib vaxtdır. Onun fikri ilə FED rəhbərinin müavini Stenli Fişer və Nyu-York Federal Ehtiyat Bankının prezidenti Uilyam Dadli də razılaşıb.Bazar iştirakçıları arasında aparılan son sorğuya əsasən, dekabrda uçot dərəcəsinin artırılması ehtimalı 70%-ə yüksəlib.Rəy sorğusuna əsasən ABŞ prezidentliyinə namizəd Hillari Klintonun opponenti Donald Trampı xeyli üstələməsi də dolların bahalaşmasına səbəb olub. Prezident seçkiləri noyabrın 8-dədir.(apa)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler