Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Discovery Azerbaijan” jurnalının yay nömresi işıq üzü gördü

24 Haziran 2016

7:32 pm


24/06/2016 [23:31]: xeber –
“Discovery Azerbaijan” jurnalının yeni nömrəsi çapdan çıxıb. Hər nömrəsində bir rayona səfər edən “Discovery Azerbaijan” bu bu dəfə Arandan – “köç üstündə olan” Beyləqandan, “Qafqazın Mesopotamiyası” İmişlidən danışacaq. Tərəkəmə yurdu Beyləqanın tarixi yerləri, İmişlinin turizm məkanlara təqdim olunacaq. oxucular üçün kəşf edib. Eləcə də İmişli-Beyləqandan millət vəkili seçilmiş Çingiz Qənizadə ilə  müsahibə də bu sayda yer alıb. Jurnalın yay nömrəsində  tarixi özündə yaşadan Çexiyanın gözəlliyindən, müalicəvi kurortlarından, ləziz dadlarından, gəzməli 10-luğundan  danışılacaq. Çexiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka ilə Çexiyanı bir başqa yöndən kəşf edəcəklər. Həyatını Cümhuriyyət mühacirlərinin irsinin Azərbayacana qaytarılmasına həsr edən, BMT-də, UNESCO-da işləyən ilk azərbaycanlı Ramiz Abutalıbovla müsahibə, xalq artisti Elmira Şabanovanı illərlə çəkiliş meydançalarından uzaq salan səbəblər, görüşləri çətin, ayrılıqları asan olan “Təhminə və Zaur” haqqında heç yerdə eşitmədiyiniz məlumatlar da jurnalın yay buraxılışında oxuculara təqdim ediləcək. sayt xəbər verir ki, məşhur “Molokan bağı”nın ağaclarının kölgəsində nəfəs dərmək,  kağız pullarımızın ən sonuncu səhifəsini vərəqləmək, həvəskar kulinar Fərhad Aşurbəylinin mətbəxinə qonaq olmaq, dünyanın dörd bir yanında keçirilən rəngarəng festivalların ovqatına bürünmək – “Discovery Azerbaijan”ın yay buraxılışını vərəqləmək üçün səbəb də çoxdur, mövzular da…  “Discovery Azerbaijan” bu sayında mayın 23-24-də Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Çöl” adlı I Humanitar Forumdan, Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə türkdilli ölkələrin müstəqilliyinin bərpa olunmasının 25 illiyinə və Türk Yazısı Gününə həsr olunan forumdan, bütün dövrlərin ən böyük astronomu Uluqbəy haqqında bilinməyənlərdən məlumat almaq istəyənləri də unutmayıb. Millət vəkili Cavanşir Feyziyevin baş redaktorluğu ilə dərc olunan “Discovery Azerbaijan” jurnalını abunə yazılaraq və ya şəhərimizin köşklərindən soruşaraq əldə edə bilərsiniz.Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler