Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Direktorluq arzusu gözünde qalan iddiaçıdan Mikayıl Cabbarova çetin sual…

06 Eylül 2016

10:56 am


06/09/2016 [14:55]: xeber –
Ümumtəhsil məktəb direktorluğuna sənəd vermişdim. Birinci mərhələdə sənədlərimi elektron formada təsdiq etdim. İkinci mərhələdə, test imtahanında iştirak etdim. Nəticələrim də kifayət qədər normal idi. Daha sonra üçüncü mərhələyə-şifahi imtahana dəvət etdilər. İştirak etdim. İndi isə Təhsil Nazirliyi mənə, verdiyim şifahi imtahanla bağlı cavab məktubu göndərib: Məktubda yazılır:“Ərizəniz qəbul olunmayib: Səbəb, Sizin peşəkar kompetensiyalarınız (red. təcrübəyə malik olduğun sahə) müsahibə proqramının meyarlarına uyğun olmadığına görə Siz direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsində uğur qazanmamısınız.”Indi məni bu suallar maraqlandırır: 1. Əgər bizim (mənim) kompetensiyamız müsahibə proqramının meyarlarına uyğun gəlmirdisə, ilin-günün bu vaxtında niyə məni narahat edib iki dəfə Goranboydan-Bakıya imtahanlara çağırmısınız? Mənim meyarlarınıza uyğun gəlmədiyimi elə sənədlərimi qəbul edən zaman müəyyən edib mənə bildirmək olmazdımı?2. Siz təcrübəsiz nəyə deyirsiniz?Təhsil naziri olmaq istəməsəm də, özümü bir anlıq mənə rədd cavabı ünvanlayan nazirliyin rəhbəri Mikayıl müəllimlə müqaisə etdim:Mikayıl Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub. Evlidir, 2 övladı var.Anar Məmmədov da 1980-ci il dekabrın 03-də Goranboyda anadan olub, Evlidir, 2 övladı var.Mikayıl Cabbarov 1992-ci ildə BDU-ya daxil olmuş, 1997-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirmişdir.Anar Məmmədov da 1998-ci ildə BDU-ya daxil olmuş, həm bakalavr, həm də magistratura pillələrini fərqlənmə diplomları ilə bitirmişdir.Mikayıl Cabbarov 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi almışdır.Anar Məmmədov da 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat ixtisası üzrə magistr dərəcəsi almışdır. Anar Məmmədov daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunu da bitirmişdir. Bunlardan başqa, 10-dan çox kursun fəal iştirakçısı olmuşdur. Mikayıl Cabbarov əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlamış, 1999-2002-ci illərdə özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərmişdir. 2009-cu ildə “İçərişəhər” Qoruq İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.Anar Məmmədov isə cəbhə bölgəsində hərbi xidmətini başa vurduqdan sonra, 2005-ci ildən tam orta təhsil müəssisəsində MÜƏLLİM kimi fəaliyyətə başlamış, beş il müəllim işlədikdən sonra (p.s. həmin illər ərzində “İlin müəllimi” seçilmişdir), işini özəl sektora (bank sektoruna) dəyişmişdir və burada da daxili təlimçi kimi fəaliyyət göstərmişdir.Mikayıl Cabbarov daha çox “Nə? Harada? Nə zaman?” və “Breyn-Rinq” oyunlarının fəal iştirakçısı olmuşdur.Anar Məmmədov isə həmin illərdə “İlin nümunəvi əsgəri” (2005), “İlin müəllimi” (2006), “İlin ən səliqəli işçisi” (2013) və s. seçilmişdir. Dəfələrlə “Valideynə təşəkkür məktubu” almış, “Fəxri Fərman”larla təltif olunmuşdur…Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidentinin 19 aprel 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə təyin edilmişdir.Lakin Anar Məmmədov Təhsil Nazirinin fikrincə peşəkar kompetensiyasının müsahibə proqramının meyarlarına uyğun olmadığına görə iddialı olduğu vəzifəyə layiq bilinməyib…Həqiqətən də mənə çox maraqlıdır… “Peşəkar kompetensiyalarınız müsahibə proqramının meyarlarına uyğun olmadiğına görə…….” dedikdə, bunlar nəyi nəzərdə tutur?Anar Məmmədov


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler