Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Dini cereyanların hamısı Azerbaycan dövleti üçün tehlüke menbeyidir”

30 Ağustos 2016

3:52 pm


30/08/2016 [19:50]: xeber –
“Azərbaycanda bu gün dini cərəyanlar dövlət üçün təhlükə mənbəyidir.  Kim dini siyasətə qatırsa, bu adamlar ifşa olunmalıdır”Bunu sayt -a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, BAXCP lideri Qüdrət Həsənquliyev hər zaman dinin siyasətə gətirilməsinin və bunun Azərbaycanda ciddi problemlər yaradağını bir neçə il qabaq gündəmə gətirib:”Bu gün Azərbaycan xalqı bir daha şahid oldu ki, liderim Qüdrət Həsənquliyev 2009-cu ildə Milli Məclisdə nurçuluğun təhlükə mənbəyi olduğunu təsadüfən qaldırmamışdı. Bir çoxları 2009 cu illərdə susanda. Azərbaycan müxalifətinin nümayəndəsi kimi Qüdrət bəy və iqtidar nümayəndəsindən isə prezidentin köməkçisi Əli Həsənov bu məsələni gündəmə gətirmişdilər.  Fətullahçıların Azərbaycanda  geniş vüsət aldığı zamanlarda , 7 il qabaq  2009-cu ildə Atatürk Mərkəzinin təşkilatçılığı ilə  “Gülüstan” sarayına Heydər Əliyevlə bağlı tədbir təşkil olunmuşdu. Ölkənin bütün siyasi elitası, gənclər təşkilatları, aparıcı mətbuat orqanları, din xadimləri tədbirə dəvət etmişdilər. Tədbir mərhum Heydər Əliyevə həsr olunduğu halda təqdim olunan jurnalın üz qabığında Fətullah Gülənin təbliğatını aparırmışlar. Açıq şəkildə  nurçuluq ideyalarının və Fətullah Gülənin təbliğini aparırmışlar. Və buna həmin tədbirdə kəskin etiraz edən BAXCP sədri Qüdrət Həsənquliyevlə prezidentin köməkçisi Əli Həsənov olub. Hər ikisi bunun yolverilməz olduğunu qeyd etmişdilər. Ölkə daxilində bir çoxları 2013-cü ilə qədər bir çoxları ideoloji bağlılığa görə gülənçilərlə münasibət qurmamışdılar, çoxu konyuktura naminə münasibət qurmuşdu. Bir qrup isə səmimi olaraq  Fətullah Güləni o vaxt Türkiyə hakimiyyətinin müttəfiqi kimi qəbul edirdi. Ona görə də Əli Həsənovun 2009-cu ildəki çıxışı o zaman Türkiyə hakimiyyətinin təbliğinə həsr olunmuş bir tədbirdə kəskin çıxış kimi qiymətləndirilirdi. Prezidentin köməkçisinin bu cür mövqeyindən sonra  “gülənçilər” fəaliyyətlərində ciddi korrektələr etdilər, öz fəaliyyətlərini çərçivəyə saldılar. Bu cərəyanın təhlükəli olduğuna gəldikdə isə, dini siyasətə qatan və bunu öz fəaliyyətində əsas proritet kimi əsas tutuan istənilən cərəyan çox təhlükə mənbəyi sayılır. Bunlar din vasitəsi ilə öz hakimiyyətlərini qurmaq istəyirlər. “Niyaməddin Orduxanlının sözlərinə görə, Azərbaycan dövlətinin inkişafı yalnız dünyəvilikdədir: “ Bu dünyada qəbul olunmuş qanundur. Hüquq və dünyəvilik dövlətinin təməl prinsiplərini möhkəmləndirir və inkişaf etdirir. Azərbaycanı bu yoldan kimsə çəkindirə bilməz. Bir zamanlar Güllənçilər Azərbaycanda Prezident Adminstrasiyasında , Milli Məclisdə , digər dövlət strukturlarına və müxalifət partiyalarına qədər genişlənmiş forma almışdı. Son dövlər isə həmin şəbəkənin həm adminstrasiyadan, həm parlamentdən, həm də dövlət strukturlarından təmizlənməsi prosesinin şahidi olduq. Mənim düşüncəmə görə, gülənçi ilə İran molla rejiminin qatı şiəçinin heç bir fərqi yoxdur. Azərbaycan dövlətinin milli maraqlarının əleyhinə olan dini cərəyanın hamısı təhlükəlidir.”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler