Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dini ad daşıyan mehsulların satışı yasaqlana biler

19 Ekim 2016

5:52 pm


19/10/2016 [21:40]: xeber –
Dini ad daşıyan məhsulların
istehsalı və satışı yasaqlana bilər. Bu barədə sayt-ı özəl mənbə bilgiləndirib.
Mənbənin sözlərinə görə, buna səbəb son vaxtlar ictimai yerlədə dini təbliğatın
yasaqlanması ilə bağlı qəbul edilən qanun layihəsidir. Belə ki, məlum qanunun qəbulundan
sonra dini ad daşıyan məhsulların istehsalının dayandırılması, habelə xaricdən
bu kimi məhsulların ölkəmizə gətirilməsinə qadağa qoyulması məsələsi gündəmdədir.

Bilgili qaynağın sözlərinə
görə, bəzi millət vəkilləri və ictimai-siyasi xadimlər hesab edir ki, əslində bəzi
ərzaq məhsullarının dini ad altında satışa çıxarılması dini təbliğatın bir
növüdür və bu səbəbdən də sözügedən məhsulların istehsalı və satışı
yasaqlanmalıdır.

Mənbənin sözlərinə görə,
cari ilin sonuna qədər dini ad daşıyan məhsulların başqa ad altında satışı təmin
ediləcək və istehlakçılara hər hansı məhsulun dini ad altında təklif olunması
halı ortadan qaldırılacaq.

Xatırladaq ki, hazırda ərzaq
bazarında dini ad daşıyan çay, kolbasa, müxtəlif çərəz və şirniyyat məhsulları
mövcuddur.  


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler