Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

DİN yaxın günlerde qelyanxanalarla bağlı qerar verecek

14 Temmuz 2016

12:56 pm


14/07/2016 [16:54]: xeber –
Millət vəkili Qüdrət Həsəsənquliyev sayt saytında cəmiyyəti ən çox narahat edən məsələlərdən birinə toxunub. Deputat son zamanlar məktəblərin yaxınlığında açılan çay evləri, qəlyanxanaları sərt formada tənqid edib, müvafiq qurumların məsələ müdaxiləsini vacib sayıb. Həmkarı Fazil Mustafa da bu məsələdə Qüdrət Həsənquliyevə dəstək verərək facebook profilində status paylaşıb. Eyni zamanda millət vəkili bu gün Park Bulvarda Təhsil Nazirliyinin təşəbbüsü ilə gerçəkləşən tədbirdə də problemi qabardaraq təxirəsalınmaz tədbirlər görülməsinin vacibliyini vurğulayıb.sayta açıqlama verən Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da məsələyə münasibət bildirim. Qurum rəsmisi məktəblərin yaxınlığında bu tip obyektlərin olmasının xoşagəlməz hal olduğunu etiraf edib:“Təhsil Nazirliyi bu tip məsələlərdə nəyəsə qadağa qoyma səlahiyyətinə sahib deyil. Biz məktəbə və onun həyətinə cavabdehik. Təbii ki, məktəblərin kənarında çay evləri, qəlyanxanalar, pivəxanaların olması xoşagələn hal deyil. Bu məsələlərlə digər qurumlar məşğul olmalıdır.” Daxili İşlər Nazirliyinin Mətbuat  Xidmətinin şöbə rəisi  Orxan Mansurzadə isə sayta aşıqlamasında məsələ barədə yaxın günlərdə cəmiyyətə ətraflı məlumat veriləcəyini bildirib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler