Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Din xadimleri sünnet eleyhine olan teşkilatlara imkan vermezler ki…”

27 Ekim 2016

11:36 am


27/10/2016 [15:35]: xeber –
Almaniyanın sağ yönümlü populist partiyası AFD sünnət, azan və minarələrin qadağan olunması tələbi ilə çıxış edib. Partiya yəhudi və müsəlman uşaqlarının sünnət olunmasına qarşı çıxıb.AFD partiyasının hazırladığı qanun layihəsi aprelin 30-da Ştutqartda keçiriləcək konqresdə qəbul edilə bilər.Partiya mənsublarının fikrincə, sünnət insan haqlarını kobud şəkildə pozur, insan qürurunu zədələyir, uşaqlara fiziki olaraq zərər verməklə yanaşı, onların azad qərar vermək haqlarını da əllərindən alır.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin rəhbəri Rafiq Əliyev sayt saytına açıqlamasında adıçəkilən məsələ ilə bağlı maraqlı mülahizə irəli sürüb:“Fikrimcə, sünnətin tarixi İslam dinindən də çox əvvələ gedib çıxır. Onun tibbi, mənəvi cəhətdən müsbət və mənfi cəhətləri əsrlərdir ki, müzakirə mövzusudur. Hələ də orta məxrəcə gəlinməyib. Əslində, dünyəvi qanunlarda buna müdaxilə edilmir. Çünki müəyyən yaş həddinə qədər uşaqların problemləri ilə valideynləri cavabdehdir. Əgər onların  sünnət əleyhinə təşkilatları olsa belə, din xadimləri şəriət qaydalarına əsaslanaraq, buna imkan verməzlər. Ən təsirli fakt sünnət əleyhinə olanların təcrübədə misal göstərmələri olardı”.Rəşad 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler