Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

DİN “Sederek”deki emeliyyatla bağlı melumat yaydı

02 Kasım 2016

8:28 am


02/11/2016 [12:24]: xeber –
Daxili İşlər Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə  «Dini etiqat azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin icrasını təmin etmək, dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, digər dini məzmunlu materialların müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir. sayt DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, cari ilin 9 ayı ərzində dini qurumların yaradılması və fəaliyyət qaydasını, eləcə də dini etiqad azadlığı haqqında qanunvericiliyin tələblərini pozmuş 172 nəfər müəyyən edilərək onlardan 2148 ədəd dini təyinatlı ədəbiyyat, 250 ədəd CD və DVD disklər, 127 ədəd broşura götürülüb.Təkcə cari ilin oktyabr ayı ərzində birgə tədbirlər nəticəsində Qaradağ rayonu ərazisindəki «Sədərək» ticarət mərkəzində fəaliyyət göstərən 5 dükanda və Yasamal rayonunda yerləşən 1 mağazada satışına razılıq verilməmiş və nəzarət markası ilə markalanmamış 303 ədəd dini təyinatlı ədəbiyyat, 7 ədəd CD və DVD disklər aşkar edilərək götürülüb.Eyni zamanda, Yasamal rayonundakı daha 4 mağazanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin razılığı olmadan fəaliyyət göstərməsi də müəyyən edilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler