Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“DİN rehberliyi problemleri dinlemek, teklifleri eşitmek isteyirlerse…”

30 Ağustos 2016

9:44 am


30/08/2016 [13:40]: xeber –
Son günlər Dövlət Yol Polisi ilə Müsbət Dəyişiklər Təşkilatının rəhbəri Bəxtiyar Hacıyev arasında bir sıra problemlər yaşanmaqdadır. Bəxtiyar Hacıyev sayt-a açıqlamasında yaşananlara belə aydınlıq gətirib: “Dünən həm DYP sözçüsü Vaqif Əsədovun, həm də DİN sözçüsü Ehsan Zahidovun mətbuata açıqlamalarından hiss etdim ki, onlar DYP ilə bağlı problemlərin ictimailəşməsini qərəzli sayırlar. Əvvəlcə, onu qeyd etmək lazımdır ki, ölkə başçısı cənab İ.Əliyev dəfələrlə həm məmurlara, həm də vətəndaşlara bəzi problemlərin ona çox gec və yanlış çatdırıldığını qeyd edib, ictimai nəzarətin artmasının vacibliyindən danışıb. Düşünürəm ki, həm DYP, həm DİN cənab prezidentin ictimai nəzarətlə bağlı çağırışına mane olmamalı, əksinə, vətəndaş aktivliyi, vətəndaşların problemləri üzə çıxarıb, onların həllinə çağırmasını müsbət hal kimi qəbul etməlidirlər. İkincisi, Dövlət Yol Polisinin əməkdaşlarının sürücülərlə mübahisələri, vətəndaşları aqressivləşdirən addımlara əl atmaları ilə bağlı mətbuatda və sosial şəbəkələrdə kifayət qədər məlumatlar yayılıb. Özü də bu məlumatlar tək şəxs tərəfindən yox, tamamilə ayrı-ayrı vətəndaşlar tərəfindən yazılıb, ictimai rəydə etiraz gözlə görünəcək səviyyədədir. Üçüncüsü, heç kim, heç bir Azərbaycan vətəndaşı dövlət düşməni deyil, vətəndaş problemi səsləndirirsə, onu qaralamağa, ona təzyiq etməyə çalışmaqdansa, onu dinləmək, haqlıdırsa, problemləri həll etmək lazımdır. Sürücülərə qarşı qeyri-insani rəftar etmiş əməkdaşlar cəzalandırılmalıdır ki, həm DİN, həm DYP öz əməkdaşlarına da, ölkə rəhbərliyinə də davamlı islahatlar etdiyini göstərsin. Problemin üstünü örtməyə çalışmaqla, problem həll olunmur. Dördüncüsü, DİN sözçüsü hörmətli Ehsan müəllim haqlı olaraq bildirir ki, 8 ayda sürücülərin cərimələnməsindən toplanmış 40-50 milyon manat dövlət büdcəsi üçün elə də böyük vəsait deyil. Bu vəsait əslində insanların istirahətinə şərait yaradaraq, məsələn, turizm sahəsindən də toplana bilər. Vətəndaş öz xoşu ilə, həyatını daha maraqlı, rəngarəng etməsi üçün verdiyi pulla, vətəndaşdan mübahisə ilə, kiçik məsələlərə görə toplanan cərimələrin arasında bir fərq var – biri insanları rahatladır, digəri haqlı olaraq aqressivləşdirir. Beşincisi, 1 milyondan çox olmayan avtomobil, sürücü üçün 8 ayda 2 milyondan çox cərimə protokolu tərtib edilməsi də normal statistika deyil. Təbii ki, DYP və DİN bunu Azərbaycan sürücülərinin problemi hesab edir və düşünürlər ki, bütün məsuliyyət sürücülərin üzərindədir. Ancaq inkişaf etmiş ölkələrdə belə məsələlərdə dövlət qurumları “biz nəyi fərqli edə bilərik ki, bu göstəricilər müsbətə doğru dəyişsin?” soruşurlar. Altıncısı, biz inkişaf etmiş ölkələri nümunə göstərəndə müəyyən qurumların təmsilçiləri “bizim cəmiyyət hələ Avropa cəmiyyətinə uyğun deyil, bizdə fərqlidir” deyirlər. Ancaq Yol Patrul Xidməti əməkdaşları üçün alınan avtomobillər Avropa standartlarındadır, hətta bir çox inkişaf etmiş ölkələrdən də yuxarı səviyyədədir. Belə çıxır ki, DYP avtomobil alanda Avropa standartları ilə, yol hərəkətinin tənzimlənməsi siyasətində isə Sovet standartları ilə yanaşır məsələyə? Son olaraq, bütün savadlı, vicdanlı və insani keyfiyyətləri yüksək olan DYP və DİN əməkdaşlarına hörmətlə yanaşır, lakin vətəndaşla birbaşa təmasda olan polislərin arasında polis adına, bu qurumlara layiq olmayan, özünü aparmağı, danışmağı, insanlarla davranmağı bacarmayan, kifayət qədər savadsız, bir səhifə raportda 100-dən çox səhv buraxan əməkdaşlar da var. Əgər biz “hər şeyi kadrlar həll edir” deyib, bu halların aradan qalxmasını istəyiriksə, burada qərəz axtarmaq lazım deyil. DİN rəhbərliyi qəbul edib, problemləri dinləmək, fəal vətəndaş kimi təklifləri eşitmək istəsələr, məmnuniyyətlə bu məsələləri onlarla da müzakirə etməyə hazıram”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler