Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

DİN-in Əlahidde Çevik Polis Alayında tenteneli merasim keçirilib

02 Temmuz 2016
8:44 am


02/07/2016 [12:41]: xeber –
İyulun 2-də Azərbaycan Polisi yaranmasının 98-ci ildönümünü qeyd edir. Bu münasibətlə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə Nazirliyin Kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub.DİN-in təmsilçiləri respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər Xiyabanına gedərək “Əbədi Məşəl” abidəsini də ziyarət ediblər.Daha sonra Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında təntənəli mərasim keçirilib.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə və cinayətkarlığa qarşı mübarizədə xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların və əməkdaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.Nazir, general-polkovnik Ramil Usubov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu bayram münasibətilə təbriklərini və xoş arzularını iştirakçılara çatdırıb. O, demokratik prinsiplərin və ənənələrin varisliyinə əsaslanan Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci il 24 may tarixdə imzaladığı Fərmanla iyulun 2-nin «Azərbaycan Polisi günü» elan etdiyini, ölkəmizdə polisin tarixinin dövlətçiliyin tarixi ilə sıx bağlı olduğunu, bütün xalqımız kimi polisin də ilk Demokratik Cumhuriyyətimizin yaranmasını və tənəzzülünü, sovet dövrünü, II Dünya müharibəsinin fəlakətlərini öz taleyində yaşadığını bildirib.Qeyd olunub ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər Daxili İşlər Nazirliyinin inkişafı və fəaliyyətinin məzmunu baxımından ən mühüm mərhələ olub. 1969-1982-ci illərdə bu dahi şəxsiyyət böyük uzaqgörənliklə daxili işlər orqanlarının milliləşməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi, bütövlükdə təşkilati cəhətdən möhkəmlənməsi üçün mühüm qərarlar qəbul edib. Şəxsi heyətin dövlətçilik ideologiyası ruhunda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın hərbi təcavüzünə qarşı ilk olaraq rəşadətlə döyüşən yeganə nizami qüvvə milis, sonrakı illərdə isə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə Daxili İşlər Nazirliyinin 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710 nəfəri isə yaralanıb. Göstərdikləri şücaət və igidliyə görə 67 nəfər «Milli Qəhrəman» adına, 1143 nəfər orden və medallara layiq görülüb.Daxili işlər naziri bildirib ki, polisin və Daxili Qoşunların fəaliyyəti sonrakı illərdə də gərgin olub. Tarixi faktdır ki, 1991-ci ilin oktyabr ayında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə həyatının bütün sahələrini bürümüş hərc-mərclik və özbaşınalıq, respublikaya rəhbərlik edən şəxslərin səriştəsizliyi, bunun nəticəsi olaraq yaranmış mürəkkəb və dözülməz şərait, torpaqlarımızın işğalı və separatizm Azərbaycanı daxildən parçalayırdı. Digər tərəfdən, ölkədə qanunsuz silahlı dəstələrin mövcudluğu, onların və müxtəlif cinayətkar qrupların vətəndaşların azad və təhlükəsiz yaşamaq hüququnu pozması kriminogen durumu kritik həddə çatdırmışdı.Belə ağır vəziyyətdə xalqın təkidi ilə 1993-cü ilin iyununda siyasi rəhbərliyə qayıdan Heydər Əliyev ölkəni dağılmaqdan, vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükələrindən xilas etdi. Dövlətin konstitusiya quruluşu əsaslarının möhkəmlənməsinə, əmin-amanlığın bərpasına nail oldu. Cənab Ramil Usubov xüsusi vurğulayıb ki, məhz Ümummilli Lider Heydər Əliyevin nəzarəti altında həyata keçirilən tədbirlərlə vətəndaşlarımız üçün təhdid mənbəyinə çevrilmiş yüzlərlə cinayətkar dəstə zərərsizləşdirildi. Əllərdə qanunsuz saxlanılan on minlərlə odlu silah yığıldı. Bir çox təhlükəli və xüsusilə ağır cinayətlərin, o cümlədən terror aktlarının, dövlət çevrilişinə cəhdlərin qarşısı alındı. O zaman heç kim təsəvvürünə belə gətirə bilməzdi ki, işğala məruz qalan və parçalanma ərəfəsində olan Azərbaycanda Ulu Öndərin yaratdığı sabitlik və milli birlik cəmi bir ildən sonra ölkəmizin tərəqqisinin qarantı olan «Əsrin müqaviləsi»ni gerçəkliyə çevirəcək. Vətəndaş qarşıdurması həddində olan xalqımıza dünyanın ən sabit ölkələrindən birində yaşamaq nəsib olacaq.Bu tarixi reallıqları vurğulayan Ümummilli Liderimiz Azərbaycan Polisinin yaranmasının 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə deyib: «…İndi Azərbaycanda insanlar ictimai-siyasi sabitlik, əmin-amanlıq, rahatlıq şəraitində yaşayırlar. Bu bizim dövlətimizin siyasətinin və onun ardıcıl surətdə həyata keçirdiyi tədbirlərin nəticəsidir. Bu, eyni zamanda hüquq-mühafizə orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyinin gördüyü işlərin, fəaliyyətinin nəticəsidir…».Nazir qeyd edib ki, 2003-cü ilin oktyabr ayında Ulu Öndərin sabitlik və inkişaf siyasətinin davam etdirilməsinə yekdilliklə səs verən xalqımız möhtərəm İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçərək Zati-alilərinin rəhbərliyi ilə milli birlik və güclü dövlətçilik idealı ətrafında daha sıx birləşdi. Cənab Prezidentin böyük uğurla həyata keçirdiyi hərtərəfli islahatlar və quruculuq işləri Daxili İşlər Nazirliyi sistemində də fəaliyyətin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsində mühüm rol oynadı. Ölkə başçısının təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında Nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə əhəmiyyətli işlər görüldü.Ötən dövrdə daxili işlər orqanları və Daxili Qoşunlar üçün 395 sosial obyekt tikilib, şəxsi heyətin vəzifə və rütbə maaşları əhəmiyyətli dərəcədə artırılıb, nəqliyyat parkı tam yenilənib, texniki və xüsusi vasitələrlə təchizat beynəlxalq standartlar səviyyəsinə yüksəlib.O da bildirilib ki, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Milli Fəaliyyət Proqramlarına müvafiq olaraq, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, cinayətlərin dəqiq uçotunun aparılması məqsədilə 2007-ci ildə «102» Xidməti – Zəng Mərkəzi Sistemi yaradılıb. İstifadəyə verilmiş «102», «902» və «1002» qaynar xətləri, veb-sayt və elektron poçt ünvanı daxil olan müraciətlərin dərhal nəzarətə götürülərək operativ həllinə, bütövlükdə fəaliyyətin insan meyarı kimi ali prinsip üzərində qurulmasına xidmət edir. Hüquq qaydasına riayət edilməsinə nəzarətin fasiləsiz və canlı izlənilməsi, qanunazidd hallara, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi üçün 2009-cu ildə «Təhlükəsiz Şəhər» Avtomatik İdarəetmə sistemi yaradılıb. Cinayətlərin qarşısının alınması, açılması, istintaqı, təqsirləndirilən şəxslərin axtarışı, ictimai asyişin qorunması, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair istiqamətlər üzrə 40-dan çox informasiya sistemi istismara verilib.Məruzəçi deyib ki, təkcə 2015-ci ildə və cari ilin ötən dövründə 80 mindən çox ərizə və şikayət araşdırılıb, Nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda və respublikanın müxtəlif bölgələrində 7 minə yaxın şəxs qəbul edilib. Bütün müraciətlər üzrə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, əksəriyyəti yerində həll olunub. Bütövlükdə cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun həyata keçirilən kompleks tədbirlər, o cümlədən vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində sistemli fəaliyyət orqan və hissələrdə qanunçuluğu əhəmiyyətli dərəcədə möhkəmləndirib.Müasir dövrün çağırış və təhdidləri cinayətkarlığa qarşı mübarizədə davamlı təkmilləşmə, yeni və daha səmərəli formaların tətbiqini tələb etdiyindən, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması prosesinin daimi əsaslarla həyata keçirildiyi də qeyd olunub. BMT, NATO, Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumların təşkil etdiyi müxtəlif forum və müşavirələrdə son 13 ildə 8 mindən çox əməkdaş iştirak edib, təcrübə mübadiləsi aparılıb. Hər il onlarca gənc müxtəlif ölkələrin polis akademiyalarına, hüquq universitetlərinə təhsil almağa göndərilir.Daha sonra daxili işlər naziri ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizənin və ictimai qaydanın nümunəvi təmin edilməsinin uğurlu nəticələri barədə təntənəli mərasim iştirakçılarına ətraflı məlumat verib. O da nəzərə çatdırılıb ki, əməliyyat-xidməti fəaliyyətin keyfiyyətcə yeni müstəviyə yüksəlməsi, innovasiya və modernləşmə-vətəndaşlarımızın qanuni mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.Bildirilib ki, Azərbaycanın dünyada etiraf edilən sabit ölkə imici, onu həm də yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevirib. Təkcə 2015-ci ildə və cari ilin ötən dövründə respublikanın müxtəlif yerlərində keçirilmiş 800-ə yaxın kütləvi və beynəlxalq tədbirdə, o cümlədən Birinci Avropa Oyunlarında, «Formula – 1 Avropa Qran-Pri» yarışlarında asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunub.Nazir fürsətdən istifadə edərək xidməti vəzifələrin icrasında göstərdikləri köməyə görə vətəndaşlarımıza, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Hökumətin, Milli Məclisin, hüquq mühafizə və xüsusi xidmət orqanlarının, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların rəhbərlərinə və nümayəndələrinə minnətdarlığını bildirib, həmçinin, gənc əməkdaşların formalaşmasında və təcrübə əldə etməsində böyük işlər görən hörmətli veteranlarımıza təşəkkür edib, ən xoş arzularını yetirib.O da qeyd edilib ki, müstəqillik illərində cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələriniyerinə yetirərkən 99 əməkdaş və hərbi qulluqçu həlak olub, 2613 nəfər xəsarət alıb. Nazir bu kontekstdə şəxsi heyətin fədakarlığını və gərgin əməyini xüsusi vurğulayan dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bir fikrini sitat gətirib: “…Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar. Cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Onların çox böyük funksiyaları, çox böyük zəhmətləri vardır. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm…”.Azərbaycan Polisinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş mərasimdəki çıxışı zamanı dövlət başçısının ifadə etdiyi mövqeyin əyani təsdiqi olaraq diqqətə çatdırılıb ki, qanunla müəyyən edilmiş vəzifələrin icrasında fərqləndiyinə və xüsusi xidmətlərinə görə müstəqillik illərində Daxili İşlər Nazirliyinin 1211 əməkdaşı və hərbi qulluqçusu dövlət mükafatlarına layiq görülüb. Bu peşə bayramı ərəfəsində də ölkə Prezidentinin sərəncamları ilə 41 əməkdaş “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib, 2 rəhbər vəzifəli şəxsə ali xüsusi rütbə verilib.Cənab Ramil Usubov fəaliyyətimizə verdiyi yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə şəxsi heyət və şəxsən öz adından dərin minnətdarlığını bildirib. O, dövlət başçısını əmin edib ki, daxili işlər orqanları qanunla müəyyən edilmiş funksiyaları, qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə həyata keçirəcək, göstərilən ali etimadı andına sadiqliyi, xalqına, Vətəninə, Prezidentinə sədaqətli və peşəkar xidməti ilə doğruldacaqdır.Çıxışının sonunda nazir Azərbaycan Polisinin yaranmasının 98-ci ildönümü münasibətilə bir daha bütün şəxsi heyəti, veteranları, respublikanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış, vəzifə borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşlarımızın ailə üzvlərini ürəkdən təbrik edib, möhkəm cansağlığı, xoşbəxtlik, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıb.Sonra Azərbaycan Polisinin yaradılmasının növbəti ildönümü ərəfəsində Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi barədə ölkə Prezidentinin Sərəncamı, həmçinin cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, xidməti vəzifələrin yerinə yetirilməsində fərqlənmiş bir qrup əməkdaşın mükafatlandırılmasına dair daxili işlər nazirinin müvafiq əmri elan olunub. General-polkovnik Ramil Usubov ali xüsusi və yeni rütbələrin paqonlarını, həmçinin, digər mükafatları sahiblərinə təqdim edib.Təntənəli mərasimin sonunda DİN-in Mətbuat Xidməti tərəfindən hazırlanmış “Asayişin və sabitliyin keşiyində” adlı sənədli film nümayiş olunub.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler