Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

DİN generalının şerlediyi vetendaş azadlığa çıxa bilecekmi? – SƏNƏDLƏR

25 Temmuz 2016

6:08 pm


25/07/2016 [22:07]: xeber –
 DİN-nin Baş Cinayət –Axtarış İdarəsinin sabiq rəisi general Emin Şəkinsikinin keçmiş həyat yoldaşının ölkədən çıxmasına görə, şərlənərək, qurama ittihamla 8 il azadlıqdan məhrum edilən Namiq Camalovun apellyasiya şikayətinə baxılır. Qeyd edək ki, Emin Şəkiniski vəzifə səlahiyyətlərindən istifadə edərək Namiq Camalovu, ö cümlədən digər şəxsləri həbsə yollayıb. Emin Şəkinskinin şikayyəti əsasında Cinayət Məcəlləsinin 177 (Oğurluq) maddəsi ilə cəza çəkən Namiq Camalov və digər şəxslərin bu cinayəti ümumiyyətlə törətmədiyi bəlli olub. Belə ki, adıçəkilən şəxslərin həbsinə səbəb kimi  guya DİN generalına məxsus Bakı şəhəri M.Hüseynov küçəsi 14 saylı evin 35 saylı mənzilində oğruluq baş verməsidir. Emin Şəkinski şikayətində sabiq həyat yoldaşının, Namiq Camalov və digər şəxslərin əlbir olaraq, guya mənzildən külli miqdarda pul aparmasını yazıb. Əlimizə keçən bir sənəddə isə adıçəkilən ünvanda hər hansı oğurluq faktının olmadığı üzə çıxıb. Belə ki, Səbail rayonu Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Müslüm Quliyevin imzası ilə təqdim olunan sənəddə (Sənədin surətini təqdim edirik-red.) bildirilir ki, 2013-cü ilin sonlarında və yaxud 2014-cü ilin əvvəllərində Bakı Şəhəri M.Hüseynov küçəsi 14 saylı evin 35 saylı mənzilində oğruluq baş verməsi barədə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi istintaq edilməyib.Gununsesi.info-nun Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin rəis müavini Zəfər Abdulovun imzasına istinadən təqdim etdiyi daha bir sənəddə isə adıçəkilən ünvanın ümumiyyətlə Şəkiniskiyə aidiyyatı olmadığı bəlli olur.Məktubda bildirilir:Bakı şəhəri M.Hüseynov küçəsi 14 saylı evin 35 saylı mənzil 46 saylı DNK –da bağlanmış 03.03.2005-ci il tarixli 4ə/01-148 reyest nömrəli alqı-satqı müqaviləsinə əsasən Yusubova Gülnarə Rəhim qızının adına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir.Göründüyü kimi ortada böyük bir yalan və bu yalanın qurbanına çevrilərək, həbsxanada həyatı məhv edilən gənc vətəndaşlar var.Ümid edirik ki, Bakı Apelyyasiya Məhkəməsi əsl həqiqəti araşdıracaq və günahsız həbs həyatı yaşayan insanların azadlıq haqqı tanınacaq.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler