Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

DİN-den “STOP” problemi ile bağlı -Açıqlama

27 Ekim 2016

10:56 am


27/10/2016 [14:53]: xeber –
DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov “AzPolitika.info”nun 26 oktyabr tarixli buraxılışında dərc olunmuş ““STOP” problemi həll edilmədi – Minlərlə vətəndaşı incik salanlar kimlərdir” sərlövhəli məqaləyə münasibət bildirib.Həmin məqalədə ölkədən çıxışına qadağa qoyulmuş insanların sayının günü-gündən artmasına, bu sahədəki qeyri-müəyyənliyə – ölkədən çıxa bilməyən vətəndaşların problemini həll etmək üçün hansı dövlət orqanına müraciət etməli olduğunun bilinməməsinə, bir çox hallarda hüquq-mühafizə və digər orqanlarla problemini həll etmiş insanların aylarla “STOP” qadağasını götürdə bilməməsinə diqqət çəkilib.DİN Mətbuat Xidmətinin rəis müavini bu məqalə ilə bağlı  göndərdiyi açıqlamada yazır:“Dünən “Azpolitika.info” internet portalında dərc edilən ““STOP” problemi həll edilmədi – Minlərlə vətəndaşı incik salanlar kimlərdir” sərlövhəli yazını mən də oxudum. Hamı razılaşar ki, insanları narahat edən hər hansı problemin mətbuatda obyektiv işıqlandırılması yalnız alqışlanan bir işdir. Lakin həmin məqalədə qeyd olunan iddialarla, göstərilən rəqəmlərlə əlaqəli kiçik bir araşdırma aparandan sonra məlum olur ki, problem həddindən artıq şişirdilmiş dərəcədə oxucuya təqdim olunub. Birmənalı olaraq qətiyyətlə deyirəm ki, yazıda “… Azərbaycanda demək olar ucdantutma “STOP” qoyma prosesi başladılıb. Hazırda 200 mindən çox vətəndaşın ölkədən çıxışına “STOP” qoyulub” kimi iddiaların heç bir əsası yoxdur və həqiqəti əks etdirmir.Bəs bu sahədə real vəziyyət necədir? Azərbaycan Beynəlxalq Bankının Daxili İşlər Nazirliyinə etdiyi rəsmi müraciətindən sonra qeyd olunan banka borcu olan 3850 nəfərin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Sonra DİN-in aidiyyatı qurumları tərəfindən həmin şəxslərlə bir-bir əlaqə yaradılıb, ölkədən çıxışlarına müvəqqəti məhdudiyyətin qoyulduğu onların nəzərinə çatdırılıb və eyni zamanda bu qərarın səbəbi də onlara ətraflı izah edilib. Banka borcu olanlara xəbərdarlıq da edilib ki, bankla problemlərini həll edən kimi barələrində olan məhdudiyyət dərhal ləğv ediləcək və onlar istədikləri vaxt rahat şəkildə ölkədən çıxa biləcəklər. Məhz bu profilaktiki tədbirdən sonra onlardan 1700 nəfəri banka olan borcunu ödəyib və barələrində tətbiq edilmiş “STOP” dərhal aradan qaldırılıb. Qalan 2150 nəfər də nə vaxt bankla olan problemlərini yoluna qoyacaqsa, “STOP” onlardan da götürüləcəkdir.Odur ki, insanların üzləşdiyi problemləri işıqlandırmaq kimi gərəkli bir vəzifəni üzərinə götürən hər hansı KİV nümayəndəsi öz məqaləsini ordan-burdan şifahi şəkildə eşitdiyi iddialar, rəqəmlər əsasında deyil, qələmə almaq istədiyi problem barədə aidiyyatı dövlət qurumlarından əldə etdiyi rəsmi məlumatlar əsasında yazmalıdır. Belə olarsa, yazının təsir gücü də çox olar, müəllifin zəhməti də səmərəli olar”.(“AzPolitika.info”)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler