Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

DİN-den kredit borcu olanlara vesiqe verilmemesi xeberine – AÇIQLAMA

08 Kasım 2016

7:20 pm


08/11/2016 [23:18]: xeber –
Daxili İşlər Nazirliyi (DİN) kredit borcu olan vətəndaşların şəxsiyyət vəsiqəsinin dəyişdirilməməsilə bağlı qurum tərəfindən qadağa qoyulması iddialarına aydınlıq gətirib.sayt xəbər verir ki, DİN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur: “Kredit borcu olanların şəxsiyyət vəsiqəsinin dəyişdirilməməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir. Belə ki, kifayət qədər insanın kredit borcu olduğunu nəzərə alsaq, onda əksəriyyətin şəxsiyyət vəsiqəsini dəyişdirməsi mümkünsüz olar.İstisna hal yalnız mülki-hüquqi öhdəliklərin icrasından yayınan və məhkəmə tərəfindən barəsində axtarış verilən şəxslərə şamil edilir. Qalan bütün hallarda vətəndaşlar istədiyi vaxt şəxsiyyət vəsiqəsinin alınması və yenilənməsilə ilə bağlı müraciət edə bilərlər”.Nazirlik rəsmisi bu problemlə qarşılaşan vətəndaşlara müraciət edib: “Hüquq mühafizə orqanları ilə heç bir problemi olmayan, şəxsiyyət vəsiqəsinin alınmasında yaxud dəyişdirilməsində çətinlik çəkən vətəndaşlar, Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət edə bilər. Eyni zamanda problem barədə 077 5010818 nömrəli telefona zəng edərək məlumat verə bilərlər. Qeyd edim ki, daxil olan müraciətlər operativ şəkildə araşdırılır və bütün hallarda vətəndaşlara müvafiq köməklik göstərilir”. Qeyd edək ki, kütləvi informasiya vasitələrində kredit borcu olan vətəndaşların “ASAN Xidmət” mərkəzlərində şəxsiyyət vəsiqəsinin dəyişdirilməsilə bağlıproblemlə üzləşdiyi bildirilib. Məsələ ilə bağlı “ASAN Xidmət”in İnformasiya şöbəsinin müdiri Anar Hüseynov Sputnik-ə bildirib ki, vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi “ASAN xidmət”də həyata keçirilsə də, bu məsələ Daxili İşlər Nazirliyinin nəzarətindədir: “Bu cür problemlə üzləşən vətəndaş Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Çünki, mərkəzlərdə şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidməti Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler