Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

DİN-den Balakendeki oğurluqla bağlı resmi açıqlama…

29 Ekim 2016

5:04 pm


29/10/2016 [21:03]: xeber –
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə sayt-la əlaqə saxlayaraq oktyabrın 28-də saytımızda getmiş bir yazıya (həmin yazını bu linkə tıklamaqla oxumaq olar—moderator.az/news/156535.html) münasibət bildirib:”sayt saytında 28 oktyabrda “Mətbuat vasitəsi ilə daxili işlər nazirindən xahiş edirəm ki…” başlıqlı yazıda Balakən rayon Hənifə kənd sakini Elxan Muradov tərəfindən daxili işlər naziri cənab Ramil Usubova şikayət yer alıb. Həmin şikayət məktubunda göstərilir ki, oktyabrın 24-də Balakən rayonunda işlətdiyi “Türk Kafesi” adlanan restorana naməlum şəxslər daxil olaraq kassadakı pulları, ona məxsus şəxsiyyət vəsiqəsini və VOEN-i oğurlayıblar. Iddia olunur ki, baş vermiş hadisə ilə bağlı Balakən Rayon Polis Şöbəsinə şikayət etsə də heç bir tədbir görülməyib. Bildirmək istəyirəm ki, şikayət məktubunda yer alan iddialar tamamilə əsassızdır və qətiyyən həqiqəti əks etdirmir. Bildirmək istəyirəm ki, faktiki olaraq baş vermiş hadisə barədə Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət həmin materialın sayt saytında yayımlanmasından sonra verilib. Həmin ərizə polisə daxil olduqdan dərhal sonra hadisə yerinə baxış keçirilib və təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib, isti izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Elsevər Süleymanov saxlanılıb. Istintaq zamanı o da bəlli olub ki, oğurluq hadisəsi sayt saytında göstərildiyi kimi oktyabrın 24-də deyil, 22-dən 23-ə keçən gecə baş verib. Eyni zamanda kassadan götürülən 2 manat pul, şəxsiyyət vəsiqəsi və VÖEN maddi sübut kimi götürülüb. Elsevər Süleymanov ətrafında aparılan istintaq tədbirləri zamanı müəyyən olunub ki, o, elə həmin gün başqa bir oğurluq da törədib. Belə ki, Elsevər Süleymanov oktyabrın 17-də keçmiş əsgər yoldaşı – Balakənin Tülü kənd sakini İntiqam Dabaxovun evinə qonaq gəlib və orada bir neçə gün qalıb. Ona etibar edilərək hörmətli qonaq kimi ailənin qılzıl – zinət əşyaları saxlanılan otağında yer ayırıblar. O da kəmfürsətlik edərək keçmiş əsgər yoldaşının xanımına məxsus 2 min manatlıq qızıl-zinət əşyalarını oğurlayıb. Elə həmin günü dostunun evinə qayıtmaqdan imtina edəərk parkda gecələyib və qızıl-zinət əşyalarının bir qismini sataraq mənimsəyib. Gecə isə kafeyə girərək növbəti oğurluq hadisəsini törədib. Elsevər Süleymanovun digər cinayətlərdə də iştirakının olub – olmaması araşdırılır. Baş vermiş hər iki oğurluq faktı ilə bağlı Baləkən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Çox təəssüf ki, vətəndaş baş vermiş oğurluq faktı barədə aidiyyatı üzrə DİN-in 102 xidmətinə və ya Balakən rayon Polis Şöbəsinə deyil, mətbuata müraciət edib. Amma əslində vətəndaş dərhal polisə müraciət etməlidir ki, baş vermiş cinayətin üstünün isti izlərlə açılması təmin edilsin. Amma indiki halda Elxan Muradov və ya onun adından hansısa yaxın qohumu polisə müraciət etməkdənsə polis haqqında ictimaiyyətə yanlış məlumat ötürməyə üstünlük verib”. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler