Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

DİN-de Fetullahçılar varmı?

01 Ağustos 2016

6:52 am


01/08/2016 [10:50]: xeber –
Türkiyənin haber7.com
saytı Azərbaycanla bağlı narahatverici iddia ilə çıxış edib. Belə ki, sayt Fətullah
Gülən təşkilatının Azərbaycanın güc orqanlarında, xüsusilə də daxili işlər
orqanlarına öz adamlarının yerləşdirdiyini bildirib.

Maraqlıdır, Azərbaycan
DİN-də Gülənçilərin olması mümkündürmü? Doğrudanmı Fətullahçılar daxili işlər
orqanlarına böyük ölçüdə yol tapa bilib?

Məsələ ilə bağlı sayt-a
açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov bu barədə dəqiq bir söz deyə
bilməyəcəyini vurğulasa da, Türkiyə cəmiyyəti haqqında tənqidi fikirlər səsləndirdi:

“Doğrusu, mən bununla bağlı
hər hansı araşdrıma aparmamışam və bu səbəbdən də məlum məsələ ilə bağlı dəqiq
bir söz deyə bilmərəm. Lakin baş verən proseslər fonunda Türkiyə cəmiyyəti
haqqında onu deyə bilərəm ki, Türkiyə cəmiyyəti Azərbaycan cəmiyyətindən
qat-qat geridədir. Bu, olduqca geridə qalan bir cəmiyyətdir. Mən bu geriliyə
heyrət edirəm.

Düzü, Türkiyə cəmiyyətinin
bu qədər geridə qaldığını bilmirdim. Biz Türlkiyədən müqayisəolunmaz dərəcədə
qabaqda imişik”.

 

Seymur Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler