Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Dilqemle Şahbaz qaytarılmasa, Azerbaycan danışıqlardan imtina etmelidir”

20 Haziran 2016

7:52 am


20/06/2016 [11:50]: xeber –
Xəbər verdiyimiz kimi, bu gün Peterburqda Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş keçiriləcək. Görüşdə Dilqəm Əsgərov və Şahbaz Quliyevin də məsələsinin müzakirə olunacağı ehtimal edilir.sayt-a açıqlama verən Qarabağ azadlıq təşkilatının sədri Akif Nağı bu məsələ barəsində danışıb.A.Nağı bildirib ki, Rusiya aprel döyüşlərini dayandırdığımıza görə Dilqəmlə Şahbazın geri qaytarılmasını təşkil etməlidir: “Dilqəmlə Şahbazın əsirlikdə saxlanılması tamamilə absurd işdir. Ermənilər bununla nə demək istəyirlər, nəyə nail olmaq istəyirlər heç özləri də bilmirlər. Başlarını itiriblər, hərəkətlərində məntiq yoxdur. Azərbaycan prezidenti həmsərdlərlə görüşdə, mötəbər tədbirlərdə bu məsələni qaldırdı. Ermənistanın terroçu prezidentinin qarşısında bir neçə dəfə konkret bu məsələni qoydu. Ancaq ermənilər qaytarmamaqda dirəniblər. Bununla nə demək istədikləri aydın deyil. Azərbaycan erməni tərəfindən əsir düşmüşləri heç nəsiz qaytardı, onlar da Dilqəmlə Şahbazı çoxdan qayratmalıydılar. Bu görüşdə ola bilər ki, Rusiya müsbət bir rəy yaratmaq üçün bu məsələylə bağlı addım ata. Rusiya aprel döyüşlərinin qarşısını aldı, Azərbaycanı dayandırdı, onun əvəzində də nəsə verməlidir. Ona görə Dilqəmlə Şahbazın məsələsi böyük ehtimalla prezidentlərin bu görüşündə həll oluna bilər”. A.Nağı onu da qeyd edib ki, Dilqəmlə Şahbaz qaytarılmayana qədər Azərbaycan Ermənistanla danışıqlara getməməlidir: “Ancaq onu da qeyd edim ki, Ermənistandan məntiqli addım gözləmək çox çətin məsələdir. Əgər qaytarmasalar, Azərbaycan dəfələrlə sadaladığımız yollarla Dilqəmlə Şahbazı geri qaytarmalıdır. Bir-iki erməni generalları əsir götürülüb onlarla dəyişdirilməlidir və ya başqa addım atılmalıdır. Ancaq indi mən o fikrin üzərində dayanıram ki, Azərbaycan Dilqəmlə Şahbazın məsələsini danışıqların davam etdirilməsi üçün şərt olaraq qoymalıdır. Nə qədər ki, onlar əsirlikdədir, Azərbaycan heç bir danışıqlara getməməlidir. Haqsız olaraq əsirlikdə saxlanılan Dilqəmlə Şahbaz geri qaytarılmalıdır. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi bu məsələni BMT-nin toplantısında da, ən nüfuzlu beynəlxalq təşkilatların qarşısında bu məsələ qaldırılıb. Hamısı birmənalı şəkildə bildirib ki, Dilqəmlə Şahbaz geri qaytarılmalıdır. Qaytarılmadığı onu göstərir ki, Ermənistan özünü dəliliyə, axmaqlığa qoyub, heç kəsin fikirini eşitmək istəmir. Ona görə də bir daha deyirəm ki, Azərbaycan bu məsələni şərt kimi qoymalıdır, əsirlər geri qayratılandan sonra danışıqlar davam etdirilməlidir. Çünki bu xırda məsələ deyil, bir tərəfdən insan taleyi məsələsidir, digər tərəfdən isə bu, bir imic məsələsidir. Azərbaycan erməni əsirləri geri qaytarır, Ermənistan isə bizim əsirləri qaytarmır və Azərbaycan heç nə olmamış kimi danışıqlara gedir. Azərbaycanın tələblərini qulaq ardına vururlar, Azərbaycan isə danışıqlara gedir…”Rumiyyə




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler