Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dilqem Əsgerovun ailesi fotosunu görüb – OLDU

16 Ağustos 2016

12:36 pm


16/08/2016 [16:34]: xeber –
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayənədələri Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.Bu barədə  Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə görə, D.Əsgərovun səhhətində ciddi problemlər var. Bundan əlavə BQXK nümayəndələri tərəfindən D.Əsgərovun yeni görüntüləri ailəsinə təqdim olunub.“Beynəlxalq Qızl Xaç komitəsi atamın yeni çəkilmiş şəkillərini bizə təqdim etdilər. 4 şəkil idi. Həmin şəkilləri bizə vermədlər. Şəkilə baxanda atamı tanıya bilmədim, çox qocalıb. Saçları ağappaq olub. Atam qondarma məhkəmlər zamanı çəkilən fotolarda indikidən yaxşı görünürdü. Səhhətində ciddi problemlərin olduğu üzündən görünürdü. Komitədən isə bizə həmişə olduğu kimi bildirdilər ki, atamın səhhətində problem yoxdur. Şəkillərdə göndərdiyimiz ərzaqların atama təqdim olunması da əks olunub”.D. Əsgərovun qardaşı Sahib Musayev: “Axır ki, Dilqəmdən bir xəbər ala bildik. Keçən dəfə məktubda yazdıqlarının çox hissəsinin pozulmasına etiraz etdiyimə görə, bu dəfə mənə məktub gəlmədi. Etirazlarımızdan sonra Dilqəmin şəkillərini bizə göstərdilər. Qardaşım indi 90 yaşında qoca kişiyə oxşayır. Bundan əvvəl şəklini 2015 yanvarda göstərmişdilər. Fərq 20 ilə bərabərdir. Dilqəmin şəklini görəndə dəhşətə gəldik. İnsan bir neçə il ərzində belə qocala bilməz, şoka düşmüşük”.(AzVision.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler