Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dilqem Əsgerov ve Şahbaz Quliyev ermeni dustağa deyişdirile biler

20 Haziran 2016

6:04 am


20/06/2016 [10:03]: xeber –
Bu gün Peterburqda Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş keçiriləcək. Görüşdə əsasən, aprelin əvvəllərindən başlayaraq, cəbhə xəttində baş verən gərginliyin müzakirə gözlənilsə də, hazırda erməni əsirliyində olan kəlbəcərli girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevin də məsələsinin müzakirə olunacağı ehtimal edilir. Kəlbəcərli girovların Azərbaycan tərəfdəki erməni dustağa dəyişdiriləcəyi məsələsinin aktual ola biləcəyi vurğulanır. Görüşün Rusiyada keçirilməsi D.Əsgərovun Rusiya vətəndaşı olmasının burada həlledici rol oyanacağına ümidlər var.Politoloq Natiq Miri hər iki ölkə başçısının görüşünün əsas mahiyyət üzrə aparılacağını düşünür: “Əsas məsələlər üzərində razılıq əldə olunacaqsa, digər problemlər, sadəcə, detallar olacaq. Münasibətlər tənzimlənsə, qarışıqlı etimad yaransa, dustaqlarımızın Azərbaycan tərəfə qaytarılması asan olacaq. Danışıqlarda ciddi nəticələr əldə olunmasa, Rusiya tərəfi bu dustaqların məsələsini gündəmə gətirə və müəyyən razılaşma əldə olunmasına kömək edə bilər. Hazırda ümidimiz yalnız bundan ibarətdir. Düşünürəm ki, əsirlərimizin qaytarılması daha çox bu kontekstdə mümkündür. Rusiya ən azından  göstərə bilər ki, bu danışıqlar nəticəsiz başa çatmayıb. Amma sözün həqiqi mənasında düşünmürəm ki, bu məsələ əsas müzakirə predmeti olsun. Çünki Azərbaycanın marağında əsas budur ki, danışıqlar Dağlıq Qarabağ ətrafında davam etsin və Qarabağ ətrafında işğal altında olan rayonların boşaldılması əsas müzakirə obyekti olsun. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması əsas müzakirə mövzularından biridir. Əgər bu razılıqlar əldə olunsa, geridə qalan məsələlər sadəcə danışıqların detalları olacaq. Bu baxımdan kəlbəcərli girovların məsələsinin bu danışıqlar çərçivəsində həll olunacağına inanmıram. Əgər bu məsələ gündəmə gətiriləcəksə, əmin olun ki, Rusiya müəyyən siyasi divident əldə etmək üçün bunu önə çəkəcək”.Politoloq D.Əsgərovun Rusiya vətəndaşı olmasının bu məsələdə oynayacağı rola da toxundu: “Rusiyanı maraqlandıran bu məsələ deyil. Bəlkə də şimal qonşumuzu maraqlandıracaq 101-ci məsələ də deyil. Onları hazırda əsas maraqlandıran məsələ Cənubi Qafqazda qalmaqdır. Bu regionda qalmaq üçün həlledici ölkə olan Azərbaycanla yaxın münasibətlərdə olmaq lazımdır. Bunun üçün də Dağlıq Qarabağ probleminin həllində müsbət irəliləyişlər olmalıdır. Əks təqdirdə Rusiyanın bu regionda həlledici ölkə olmaq əhəmiyyəti itəcək. Çünki etimad itirilərsə, nə Azərbaycan, nə də Ermənistanda Rusiyaya həlledici açar rolu olan ölkə kimi baxılmayacaq. Bu da digər həmsədr ölkələrin imkanlarını artıracaq. Ona görə də, Putin Rusiyasına az miqdarda olsa da irəliləyiş lazımdır ki, bu da kəlbəcərli girovların azad edilməsi deyil. Rusiya vətəndaşı dövlət üçün heç zaman əhəmiyyət daşımayıb. Orada insan faktoru əsas deyil”.Xatırladaq ki, 2014-cü ilin iyulunda yaxınlarının Kəlbəcərdəki məzarlarını ziyarət etmək üçün erməni işğalında olan doğma vətənə gedən D.Əsgərov və Ş.Quliyev əsir götürülüblər. Onlarla birlikdə gedən Həsən Həsənov öldürülüb. Həmin il dekabrın 29-da çıxarılan “hökm”lə Əsgərov ömürlük, Quliyev isə 22 illik müddətə azadlıqdan məhrum ediliblər.(musavat.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler